Bankdan kredit götürmək harada daha ucuzdur? Azərbaycan və qonşu ölkələr
Icma.az, Baku.ws saytına istinadən bildirir.
"Azərbaycan bank sektoru bank alətləri, peşəkar idarəetmə və maliyyə imkanları baxımından regionun bir sıra ölkələrini geridə qoyur".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucqonşu ölkələrin bank sistemləri ilə müqayisəli təhlil apararkən bildirib.
Onun sözlərinə görə, Azərbaycanla qonşu olan Gürcüstan, Ermənistan, İran, Rusiya və Türkiyənin hər birində bank sektorunun inkişaf səviyyəsi fərqlidir. Lakin maliyyə alətləri, müştəri bazası və bankların fəaliyyətə yanaşması baxımından Azərbaycan bank sistemi regionda seçilən mövqedədir.
Vüqar Oruc qeyd edib ki, hazırda Azərbaycanda biznes kreditləri 13-19 faiz, istehlak kreditləri isə 20-28 faiz aralığında dəyişir.
Gürcüstanda biznes kreditləri 11-16 faiz, istehlak kreditləri isə 16-25 faiz civarındadır. Ermənistanda biznes kreditlərinin faizi Gürcüstanla oxşar olsa da, istehlak kreditləri daha aşağıdır – 15-20 faiz aralığında. Ekspert bunu ölkə iqtisadiyyatının zəifliyi və kreditlərə tələbatın aşağı olması ilə əlaqələndirib.
"İrana gəldikdə isə, milli valyutanın dəyər itirməsi kredit faizlərinə ciddi təsir göstərir. Belə ki, İranda biznes kreditləri 20-35 faiz, istehlak kreditləri isə 25-40 faiz arasında dəyişir. Rusiyada biznes kreditlərinin faizi orta hesabla 20 faiz, istehlak kreditləri isə 25-30 faiz təşkil edir.
Türkiyə isə bu baxımdan regionda fərqlənir. Uçot dərəcəsinin yüksək olması fonunda biznes kreditləri 40-45 faiz, istehlak kreditləri isə 30-50 faiz aralığında dəyişir",-deyə AQC sədri əlavə edib.
Vüqar Orucun sözlərinə görə, kredit faizlərinin mövcud səviyyəsi Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyat olduğunu göstərir: "Faizlərin daha da azaldılması çətin olsa da, mümkün olduğu halda bu, iqtisadi fəallığın artmasına ciddi stimul verə bilər".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Yanvar 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















