Icma.az
close
up
RU
Bankdan kredit götürmək istəyənlər üçün MÜHÜM XƏBƏR Bakı və regionlarda...

Bankdan kredit götürmək istəyənlər üçün MÜHÜM XƏBƏR Bakı və regionlarda...

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bəzi rayonlarda yaşayanlara kredit daha yüksək faizlə verilir. Mərkəzi Bankın məlumatına görə, xarici valyutada regionlara 5,65%-lə 4,3 milyard manat kredit verilib. Dollarla ən baha kreditlərin verildiyi zonalara Mil-Muğan bölgəsi, Naxçıvan, Lənkəran-Astara, Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonları daxildir. Verilən kreditin faizləri isə əraziyə görə fərqlənir. Ən çox kredit faizi Mil-Muğan iqtisadi rayonunda, təxminən 16 faizdir. Ekspertlər deyir ki, manatla kredit daha münasib, az risklidir. Regionlarda təqdim olunan kreditlərin faizlərinin yüksək olması uzun müddətdir ki, müzakirə mövzusudur. 

Maraqlıdır kredit faizinin rayonlarda yüksək olmasının səbəbi nədir?

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov News24.az-a açıqlamasında bildirib ki, bu vəziyyəti əsasən bazar özü tənzimləyir və burada ciddi risk faktorları mövcuddur:

"Regionlarda verilən kreditlərin əhəmiyyətli hissəsi aqrar sektor və bu sahədə fəaliyyət göstərən vətəndaşlara yönəldilir. Bu sahədə isə gəlirlərin davamlılığı ilə bağlı mühüm risklər var. Aqrar sektor ümumilikdə ən riskli fəaliyyət sahələrindən biridir. Azərbaycanda bu sektor hələ də sığortanın əhatə dairəsindən kənarda qalır. Son illər bu istiqamətdə müəyyən addımlar atılsa da, ailə təsərrüfatlarının bu imkanlardan faydalanması çox aşağı səviyyədədir".

Rəşad Həsənovun fikrincə, risklərin yüksək olması səbəbindən banklar bu sektorda fəaliyyət göstərən şəxslərə daha yüksək faizli kreditlər təklif edir. Lakin məsələ təkcə bununla məhdudlaşmır. Kreditlərin faiz dərəcələrinə təsir edən əsas faktorlardan biri də girov və onun likvidliyidir.

“Regionlarda təqdim olunan daşınmaz əmlaklar, xüsusilə kənd ərazilərində yerləşən əmlaklar, banklar üçün yetərincə cazibədar hesab olunmur. Kreditin qaytarılmasında problem yarandıqda bu əmlakların satışa çıxarılıb likvidləşdirilməsi çətin olur. Bu səbəbdən həmin aktivlər uzun müddət bankın balansında passiv olaraq qalır ki, bu da maliyyə institutu üçün zərərə səbəb olur".

İqtisadçı vurğulayır ki, bütün bu faktorlar regionlarda kreditlərin faizlərinin yüksək olmasına səbəb olur və bu vəziyyətin dəyişməsi üçün sistemli islahatlara ehtiyac var. Xüsusilə aqrar sektorun sığorta sisteminə inteqrasiyası, girov bazarının təkmilləşdirilməsi və kənd təsərrüfatı məhsullarının gəlirliliyinin artırılması istiqamətində addımlar vacib hesab olunur.

Aqil Qarayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 May 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri