Icma.az
close
up
RU
Banklarda yeni problem: pensiya kartlarını da “vurdu”

Banklarda yeni problem: pensiya kartlarını da “vurdu”

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


İyunun 24-də bir sıra bankların kart sistemində baş verən texniki nasazlıq cəmiyyətdə nağdsız ödənişlərin etibarlılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə pensiya alan və kart hesablarında vəsaitin müvəqqəti silindiyini görən vətəndaşların narazılığı, insanların bank sisteminə etimadına təsir edə biləcəyi ilə bağlı suallar yaradıb.

Bu hadisədən sonra insanların bank kartlarına etimadı zəifləyə və nağd pula üstünlük arta bilərmi? Vətəndaşların vəsaitlərini bank hesablarından çıxarıb evdə saxlamaq meyli yarana bilərmi?

Bakupost.a, xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru Günay Hüseynova bank sistemində texniki nasazlıqlar və vətəndaşların narazılığına səbəb olan hallar mütəmadi olaraq yaşanır deyib:

“Qeyri-statistik müşahidələr göstərir ki, orta və aşağı gəlirli şəxslər vəsaitlərini daha çox kart hesablarında saxlayırlar. Belə nasazlıqların təkrarlanması isə məhz bu kateqoriyadan olan vətəndaşları kartlardan istifadədən imtinaya sövq edir. Başqa bir məqam da var. Məsələn, sosial yardım alan və ya müəyyən məbləğdə vəsaiti olan bəzi şəxslər yığımlarını kart hesabında saxlamırlar. Çünki hesab edirlər ki, dövlət həmin vəsaiti sistem üzərindən müşahidə edə və bu səbəbdən sosial yardımı dayandıra bilər”.

gunay

Günay Hüseynova

İqtisadçı bildirib ki, bankların kəşbek bonuslarını ləğv etməsi, kartlara görə xidmət haqqının tətbiqi, hesabdan nağd vəsait çıxarılmasına limit qoyulması, kartdan-karta köçürmələr zamanı yüksək komissiyaların tutulması və digər amillər artıq vətəndaşları kartlardan istifadədən uzaqlaşdırır:

“Vətəndaşların vəsaitlərini bank hesablarından çıxarıb evdə saxlamaq meyli isə artıq xeyli vaxtdır var. Sadəcə müəyyən qisim vətəndaş pulunu təhlükəsizlik baxımından və ya nağd şəkildə daha çox xərcləməmək, yığımını qorumaq məqsədilə kart hesabında saxlayır. Diqqət etsək, korrupsiya faktlarının araşdırılması zamanı, eləcə də oğurluq hadisələrində bəzi evlərdən külli miqdarda nağd pulun aşkar edildiyini görərik. Bu vəsait niyə bank hesablarında saxlanılmırdı? Digər tərəfdən, kart oğurluğu və ya texniki nasazlıq nəticəsində zərərçəkən vətəndaşların hansı səbəbdən 300-500 manat itirməsi də sual doğuran məqamlardandır. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da açıqlamalarının birində dövriyyəyə cəlb olunmayan, yəni “yastıq altında” saxlanılan milyonlarla manat vəsaitin mövcud olduğunu bildirib”.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 İyun 2026 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see350

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see240

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see225

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see222

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see218

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see216

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see206

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see206

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see205

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see202

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see187

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see184

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see183

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see183

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see182

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see181

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see179

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see178

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri