Icma.az
close
up
RU
Banklardan 1.8 milyard depozit niyə geri çəkilib Xalid Kərimli açıqladı

Banklardan 1.8 milyard depozit niyə geri çəkilib Xalid Kərimli açıqladı

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü il noyabr aının 1-nə Azərbaycanda bankların depozit portfeli maliyyə institutları istisna olmaqla 34 milyard 373.9 milyon manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 4.7% və ya 1 milyard 685 milyon manat azalıb.

Son bir ayda hüquqi şəxslərin banklardan 1.8 mlrd. manatdan çox depoziti geri çəkilməsi,  bankların depozit portfelinin kəskin azalması səbəbləri barədə iqtisadçı Xalid Kərimli Banco.az-a açıqlama verib.

İqtisadçı bildirib ki, bu mövzu devalvasiya ilə əlaqəli məsələlər deyil, əksinə, adi şirkətlərin ödəmə prosesləri və qrafiklərindən ibarət bir situasiyadır:

“Burada əsas diqqət neft və qaz sektorundakı şirkətlərin xarici valyutada olan borclarının ödənilməsinə yönəlib. Bu, adi bir prosesdir və hətta qeyd olunub ki, noyabr ayında hüquqi şəxslərin depozit qalıqları artıb. Dekabrda isə daha böyük rəqəmlərin ortaya çıxacağı gözlənilir.

Mərkəzi Bank tərəfindən bildirilib ki, bu, sırf pul vəsaitlərinin adi hərəkəti və borcların planlı şəkildə ödənilməsi ilə bağlıdır. Ödəmələr qrafik üzrə toplanıb və bir anda həyata keçirilib. Bununla əlaqədar olaraq, hüquqi şəxslərin depozitlərinin müəyyən dövrdə azalması müşahidə edilib, lakin bu, təsadüfi bir vəziyyətdir və ciddi narahatlığa əsas yoxdur”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı qeyd edib ki, hüquqi şəxslərin davranışında hər hansı devalvasiya riski ilə əlaqədar dəyişikliklər müşahidə olunmayıb. Bu sadəcə, həmin dövrdə iri məbləğli ödəmələrin təsadüfən üst-üstə düşməsidir:

“Yəni təsadüf nəticəsində böyük həcmdə ödəmələr həmin dövrə düşüb. Sonradan yenidən noyabr və dekabr aylarında hüquqi şəxslərin vəsaitlərinin artdığı bildirilib. Dekabr ayının yekun rəqəmləri yəqin ki, mətbuatda işıqlandırılacaq. Amma ümumi şəkildə bu, sırf adi şirkətlərin borc ödəmə davranışıdır. Çünki şirkətlərin vəsaitlərinin hərəkəti üzərində ciddi nəzarət var. Yeni qanunlara görə şirkətlərin nəğd ödəmələri 30,000 manata qədər məhdudlaşdırılıb.

Hər hansı kütləvi pul çıxarışı, manipulyasiya və ya spekulyasiya ilə bağlı iddiaların əsası yoxdur. Pul köçürmələri və digər maliyyə əməliyyatları "Valyuta tənzimi haqqında" qanuna uyğun şəkildə həyata keçirilir. Buna görə də, bu vəziyyət sırf şirkətlərin adi maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədardır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://banco.az
archiveBu xəbər 27 Dekabr 2024 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri