Azərbaycanda şirkətlər son bir ayda banklardan 1.8 mlrd. manatdan çox depoziti geri çəkiblər
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2024-cü il noyabr ayının 1-nə Azərbaycanda bankların depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 373.9 milyon manat təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozit portfeli əvvəlki ayla müqayisədə 4.7% və ya 1 milyard 685 milyon manat azalıb.
Qeyd edək ki, bankların depozit portfelinin kəskin azalması hüquqi şəxslərin banklarda olan depozitlərini geri çəkməsi ilə əlaqədardır. Belə ki, bu dövrdə hüquqi şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 8.1% və ya 1 milyard 805.5 milyon manat azalaraq 20 milyard 404.3 milyon manat, fiziki şəxslərin depozitləri isə 0.9% və ya 120.4 milyon manat artaraq 13 milyard 969.5 milyon manat təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 27 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















