Icma.az
close
up
RU
Bankların bu şərtləri yumşaldılmalıdır İqtisadçı

Bankların bu şərtləri yumşaldılmalıdır İqtisadçı

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar bir çox banklar avtokredit verməkdən imtina edir. Bankların bu qərarı əsasən bazardakı maliyyə riskləri və kreditlərin geri qaytarılma ehtimalı ilə bağlı narahatlıqlardan qaynaqlanır.

İqtisadçı ekspert Elşad Məmmədov Metbuat.az-a açıqlamasında bankların öz kredit siyasətində sərt mövqedən çıxış etdikləri qənaətində olduğunu söyləyib:

“Kredit şərtlərinin faiz göstəriciləri və şərtlərlə bağlı olan tələblər bir çox hallarda kredit götürənləri mürəkkəb vəziyyətə salır. Kreditlərin qaytarılması ilə bağlı, həmçinin kreditləşmədəki girov tələbləri kredit götürənlərin çox zaman girov qoyduqları əmlaklarının risk altında olmasına səbəb olur. Fikrimcə, buna görə də kreditləşmə şərtlərinin və faiz dərəcələrinin yumşaldılmasına böyük ehtiyac var. Bu istiqamətdə kredit siyasətinin şaxələndirilməsi vacibdir”.

E.Məmmədovun sözlərinə görə, avtokredit sahəsində banklar üçün risklər yüksəkdir:

“Çünki bir sıra hallarda avtomobillərin zədələnməsi və yararsız hala düşməsi ilə bağlı risklər mövcuddur. Digər tərəfdən, kredit götürənlərin yüksək faizlərlə olan kreditləri qaytarması da çətinlik yaradır. Xüsusilə avtomobillərin amortizasiya və istismar xərclərinin yüksək olması bu problemləri daha da artırır. Bütün bunlara görə də banklar avtokreditlərə bəzən maraq göstərmirlər”.

Avtokreditlərin verilməsi şərtlərində də bankların sərt tələblər irəli sürdüyünü deyən iqtisadçının fikrincə, burada da yumşalmaya ehtiyac var:

“Çünki nəticə etibarilə, bankların sərt şərtləri kredit faizlərinin ödənilməsində çətinliklər yaradır və bu da həm kredit götürənlər, həm də bankların özü üçün müəyyən problemlərə səbəb olur. Digər tərəfdən, kredit yükünün artması ölkədəki işgüzar fəallığa da mənfi təsir göstərir. Buna görə də maksimum şəkildə kredit siyasətinin yumşaldılması və şaxələndirilməsi vacibdir. Mənə elə gəlir ki, bunun üçün pul-kredit siyasətinin çoxşaxəli olması əsas şərtlərdən biridir və bu istiqamətdə konkret işlərin həyata keçirilməsi zəruridir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 May 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri