Bu qaydalar bankların kredit vermək imkanlarını azaldır İqtisadçı
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı qüvvəyə miniən yeni qaydalardan sonra, onların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib. Belə ki, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün olmaqla nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0.3 faiz müəyyənləşdirilib. Qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0.3 faizlə limitləndirilib.
Bəs BOKT-larla bağlı yeni qaydalar kredit sisteminə necə təsir edəcək?
İqtisadçı ekspert Elçin Rəşidov Redaktor.az-a açıqlamasında bildirdi ki, Mərkəzi Bank banklara yersiz prudensiallıq tətbiq etdi, hansı ki, bu, bankların kredit vermək imkanlarını azaldır və nəticədə krediti daha bahalı, eyni zamanda daha əlçatan edir:
"Eyni qaydada bank olmayan kredit təşkilatlarına (BOKT) da aşırı prudensiallıq tətbiq olunub. Mərkəzi Bank burada daha çox özünün müəyyən indikatorlarını qoruyur. Amma çox yaxşı olardı ki, Mərkəzi Bankın indikatorlarına ölkədə iqtisadi artım, işsizliyin azalması kimi faktorlar da daxil edilərdi. Onda Mərkəzi Bank məhz özünün kiçik, dar indikatorlarına deyil, ölkədəki iqtisadiyyata, sosial duruma və ya məşğuliyyətə xidmət etmiş olardı".
Ekspertin sözlərinə görə, hazırda bu qaydalar da Mərkəzi Bankın digər davranışları kimi onların əleyhinədir.
Sevinc İBRAHİMZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 24 Dekabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















