Icma.az
close
up
RU
Bankların dollar satışı kəskin azaldı Səbəb nədir?

Bankların dollar satışı kəskin azaldı Səbəb nədir?

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 3 milyard 262.6 milyon təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.7% və ya 310 milyon ABŞ dolları azalıb. Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 26% artaraq 1 milyard 753.2 milyon, satışı isə 30.9% azalaraq 1 milyard 509.4 milyon təşkil edib. 

 Bəs bankların  dollar satışı niyə bu qədər azalıb?

Moderator.az-a danışan iqtisadçı Rəşad Həsənov bildirib ki, müvafiq istiqamətdə diaqnostik təhlilim olmadığı üçün faktiki səbəbləri sadalaya bilmirəm, amma müşahidə və eyni zamanda ilkin qiymətləndirmələr nəticəsində qənaətlərimi diqqətinizə çatdıra bilərəm.

Onun sözlərinə görə, bu istiqamətdə birinci əsas faktor dollarizasiya prosesinin davam etməsi meyilləridir:

“Məsələn, ilin əvvəlində manatla olan depozitlər təxminən 24,8 milyard manat olduğu halda, artıq 10 ayın nəticələrinə görə bu göstərici 25,9 milyarda çatıb. Yəni burada təxminən 1,1 milyard manat artım var. Amma müvafiq artım tempi valyuta ilə olan depozitlərdə müşahidə edilmir. Bu sahədə demək olar ki, səviyyə dəyişməyib və yaxud çox cüzi dəyişiklik – təxminən 200 milyon manatlıq artım baş verib. Bu, təsir edən amillərdən biridir. Vətəndaşlar  valyuta alışına ciddi maraq göstərmir, bu istiqamətdə tələb aşağıdır.

İkinci məsələ, 2025-ci ilin əvvəlinə dair gözləntilərlə bağlıdır. Həmin dövrdə manatın məzənnəsi ilə bağlı vətəndaşlarda müəyyən narahatlıq yaranmış və dollar alışları nisbətən güclənmişdi. Bu isə sonrakı mərhələdə həmin vəsaitlərin bazara təklif olunmasına, yəni satışın artmasına gətirib çıxarır. Çünki fiziki şəxslər və ailə təsərrüfatları müəyyən müddətdən sonra yığımlarını xərcləmək məcburiyyətində qalırlar.

Üçüncü faktor, qısamüddətli dövrdə manatın hələlik sabit qalmasıdır. Bu, kiçik yığımlara malik ailə təsərrüfatlarının valyuta alma meylini azaldan amillərdən biridir.

Eyni zamanda, valyuta depozitlərinin bəzi hallarda müddətinin başa çatması və manatla depozitlərə daha yüksək faizlərin təklif olunması fonunda bəzi əmanətçilər vəsaitlərini növbəti dəfə manatla yerləşdirirlər. Yaxud əmanətlər geri götürüldükdən sonra onun bir qismi xərclənir və bu vəsait bazara çıxarılaraq satılır. Bu da satışın alışla müqayisədə fərqli olmasına səbəb olur.

Faktiki olaraq, bankların bilərəkdən daha az valyuta satışı həyata keçirmə kimi strategiyasının nəticəsi olaraq bu ortaya çıxmır.  Bu, sadəcə bazardakı tələb və təklifin mövcud konyunkturasının nəticəsidir. Hazırda ümumi alış səviyyəsinin aşağı düşməsini müşahidə edirik”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Noyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri