Icma.az
close
up
RU
Bankların mənfəəti kəskin azaldı Bəziləri bağlanacaq?

Bankların mənfəəti kəskin azaldı Bəziləri bağlanacaq?

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar- fevral ayında Azərbaycan bankları 179.4 mln. manat xalis mənfəət əldə edib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,3% azdır. Belə bir vəziyyətdə bəzi banklar bağlana bilər?

İqtisadçı ekspert Əli Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, cəmi iki ayın nəticəsi əsasında hər hansı bir bankın bağlana biləcəyi ilə bağlı fikir yürütmək doğru olmaz. Çünki ilin əvvəlidir və bank biznesində də müəyyən mövsümiliklər mövcuddur. Üstəlik, sektorda kifayət qədər böyük gəlirlik müşahidə olunur:

"Düzdür, bankların birinci rüb üzrə göstəriciləri açıqlanandan sonra vəziyyət daha aydın olur. Baxmayaraq ki, ümumi bank sektorundan danışılır, həmin vəsaitlərin böyük hissəsi bir neçə iri bankın mənfəətindən ibarət ola bilər. Amma birinci rübün nəticələri açıqlandıqca bankların real durumu daha dəqiq görünəcək".

Ekspertin fikrincə, ölkədə bağlanması gözlənilən, problemli vəziyyətdə olan bir bank yoxdur. Çünki bütün banklar Mərkəzi Bankın mütəmadi və sərt monitorinqi altında fəaliyyət göstərirlər:

"Ona görə də düşünürəm ki, bu cür göstəricilər bankın bağlanması üçün əsas ola bilməz. Hətta bir bankın zərərlə işləməsi də onun bağlanacağı anlamına gəlmir. Bankların nizamnamə kapitalı var, səhmdarların yatırdığı vəsaitlər mövcuddur, eyni zamanda bölüşdürülməmiş mənfəət və əvvəlki illərin zərərləri nəzərə alınır. Bu prosesləri banklar öz fəaliyyətləri çərçivəsində idarə edirlər. Bəzən banklar iri yatırımlar etdikdə müvəqqəti olaraq mənfəətləri azala və ya zərərə keçə bilər. Bu isə tamamilə normal biznes prosesidir və bir bankın bağlanması ilə nəticələnə bilməz".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 05 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri