Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Pullarını nağdlaşdırmaq istəyən insanlar bankomatlarda bəzi çətinliklə qarşılaşırlar. Onlardan biri yaranan növbələrdirsə, digəri bankomatda istənilən məbləğdə əskinasların olmamasıdır. Belə ki, nağdlaşdırma zamanı tez-tez rast gəlinən problem bütün pulu nağdlaşdırmaq üçün vəsaitin yoxluğu və bir, beş manatlıq əskinasların məhdudluğudur.
Bu nədən qaynaqlanır? Nağd pul çatışmazlığı problemi varmı?
Mövzu barədə fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı, hüquqşünas Əkrəm Həsənov deyib ki, bu, nağd pul çatışmazlığı problemi deyil.
“Sadəcə, bankomat bir qutudur və tutumu məhduddur. Təbii ki, xırda pullar tez bitir. Hər əskinas növü üçün ayrılmış bölməyə müəyyən sayda əskinas yerləşdirilə bilir. Məsələn, tutaq ki, hər kassetə 100 ədəd əskinas sığırsa, 100 manatlıq əskinaslarla bu, 10 min manat edir, 1 manatlıq əskinaslarla isə cəmi 100 manat. Buna görə də xırda əskinaslar daha tez tükənir, çünki insanlar onları daha çox çıxarırlar.
Banklar üçün də bu əskinasları tez-tez yenidən doldurmaq sərfəli deyil.
Bankomatın doldurulması həm vaxt aparır, həm də həmin müddətdə cihazın fəaliyyətinin müvəqqəti dayandırılmasını tələb edir”.
Günay Şahmar, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 23 İyul 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















