Icma.az
close
up
RU
Son günlər bəzi dərmanlar NİYƏ TAPILMIR? AÇIQLAMA

Son günlər bəzi dərmanlar NİYƏ TAPILMIR? AÇIQLAMA

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Son günlər bəzi dərman vasitələrinin əczaxanalarda tapılmasında çətinlik müşahidə edilir.

Bu barədə Oxu.Az-a vətəndaşlar müraciət ediblər.

Onların iddiasına görə, xüsusilə faydalı dərmanlar satışdan çıxarılır. Məsələn, "Femara", "Ventolin", "Salbutamol", "Fenkarol" və sair.

Maraqlıdır, görəsən, son zamanlar ölkəyə hansı dərmanlar gətirilmir? Dərman təminatını kimlər həyata keçirirlər?

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mövcud qanunvericiliyə əsasən, Səhiyyə Nazirliyi və onun qurumları ölkəyə dərman idxalı ilə məşğul olmur, yalnız gətirilənlərin keyfiyyətini yoxlayıb, idxal icazəsi verir.

Məlumatda qeyd olunub ki, dərman təminatı özəl şirkətlər tərəfindən həyata keçirilir:

"Femara" dərman vasitəsi son olaraq ölkəyə 3 və 5 mart 2025-ci il tarixlərində idxal edilib. Həmin tarixlərdə 1 100 və 2 093 qutu dərman gətirilib.

"Salbutamol"un suspenziya və aerozol şəklində idxalı üçün 26 noyabr 2024-cü il və 13 fevral 2025-ci ildə müraciət edilib. Müvafiq olaraq 50 966 və 38 293 qutu idxal edilib.

"Fenkarol" dərman vasitəsi üçün isə təkcə 2025-ci il ərzində 21.01 - 28.02 tarixləri arasında beş dəfə idxal müraciəti qəbul edilib və ümumilikdə 2 796 qutu idxal edilib.

"Ventolin" dərman vasitəsi üçün isə son dövrlərdə idxal müraciəti olmayıb. Lakin müalicə həkiminin məsləhəti ilə onun "Salbutamol" dərman vasitəsi ilə əvəz edilməsi mümkündür.

Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Mart 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see275

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see272

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see267

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see252

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see238

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see229

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see227

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see224

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see222

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see207

Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı

06 Sentyabr 2026 16:54see206

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see204

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see203

Vüsal Ağayev yüksək vəzifəyə gətirildi

06 Sentyabr 2026 19:10see198

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see196

Küçə xuliqanı, həbsdən qaçan agent, yorğun biznesmen... Jan Pol Belmondonun 5 məşhur rolu

06 Sentyabr 2026 14:00see189

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see186

ABŞ nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb

06 Sentyabr 2026 08:52see180

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see177

Rembrandtın avtoportreti 80 ildən sonra Qotaya qayıdıb

06 Sentyabr 2026 10:32see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri