Icma.az
close
up
RU
“BANM 2025 ci ildə mühüm nailiyyətlər əldə edib”

“BANM 2025 ci ildə mühüm nailiyyətlər əldə edib”

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“2025-ci il SOCAR-ın Bakı Ali Neft Məktəbi (BANM) üçün bir sıra əhəmiyyətli yeniliklər və rekord göstəricilərlə yadda qaldı”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib.

Rektor başa çatmaqda olan il üzrə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bir sıra uğurlarını vurğulayıb: “Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə Azərbaycan təhsil tarixində növbəti dəfə rekorda imza atdı. Bir neçə ildir ardıcıl olaraq Prezident təqaüdçülərinin sayına əsasən liderliyini qoruyan BANM bu il rekordunu yenilədi və 36 Prezident təqaüdçüsü ilə ölkə rekordçusu oldu.

Bakı Ali Neft Məktəbində bu il iki yeni ixtisasa - Maliyyə və Data analitikası ixtisaslarına qəbul həyata keçirilməyə başlanıldı. Hər iki ixtisas ən yüksək bal toplayan abituriyentlərin seçimi oldu. II qrup üzrə Prezident təqaüdünə layiq görülən 25 tələbənin 12-si yeni açılmış Maliyyə ixtisasının tələbəsi oldu.

BANM-in təşəbbüsü ilə Azərbaycanda ilk dəfə Data analitikası ixtisasına qəbul həyata keçirilməyə başlanıldı. İlk dəfə qəbul aparılmasına baxmayaraq, bu ixtisas da ən yüksək bal toplayan abituriyentlərin seçimi oldu”.

E.Qasımovun sözlərinə görə, Məktəbin məzunlarının işlə təminolunma göstəricisi yüksək olaraq qalmaqdadır: “Dövlət Məşğulluq Agentliyinin 2025-ci il statistikasına əsasən, Bakı Ali Neft Məktəbi məzunların məşğulluq faizinə görə TOP 5 universitet arasında ölkə üzrə liderdir.

Bakı Ali Neft Məktəbi startaplar və innovasiyalar universiteti kimi də tanınır. Təkcə 2025-ci ildə 30-dan çox startap layihəsi təqdim olunub, 20-dən çox hakatonda qalibiyyət əldə edilib”.

Rektor qeyd edib ki, Bakı Ali Neft Məktəbi bu il də “Teknofest 2025”də uğurlarına görə ən güclü ali məktəb olub: “Şimali Kipr Türk Respublikası və Türkiyədə (İstanbul) keçirilən “Teknofest” Aerokosmik və Texnologiya Festivallarının nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin komandaları ümumilikdə 1 qızıl, 1 gümüş, 2 bürünc medal və 4 xüsusi mükafat (1-i fərdi) qazanıblar.

Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzi, həmçinin Mərkəzin rəhbəri Emiliya Əhmədova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təşkil olunan “IDDA Awards 2025” müsabiqəsində aşağıdakı mühüm uğurları əldə edib:

 - Ekosistem lokomotivi - Emiliya Əhmədova, I yer 

- İKT-də ilin qadını - Emiliya Əhmədova, I yer

- İlin ekosistem oyunçusu - BANM İnnovasiya və Tədqiqatlar Mərkəzi, III yer

- İlin bacarıq gücü - BANM İnnovasiya və Tədqiqatlar Mərkəzi, II yer

Tələbələr beynəlxalq proqram və müsabiqələrdə də mühüm uğurlar əldə ediblər. Onlar “Aspire Leaders”, “GIST”, “Seeds for the Future”, “Startupbootcamp”, JACAFA kimi nüfuzlu beynəlxalq proqramlarda qalib və iştirakçı olublar.

Bakı Ali Neft Məktəbi bir çox beynəlxalq universitetlə əlaqələrini genişləndirib, əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin, təhsil alan əcnəbi tələbələrin sayını əhəmiyyətli dərəcədə artırıb. Bu il əcnəbi tələbələrin sayında 67% artım qeydə alınıb. Hazırda BANM-də 25 ölkədən 107 tələbə təhsil alır”.

Elmar Qasımov qeyd edib ki, BANM həm də Azərbaycan ali təhsil sistemində ilkə imza ataraq ali təhsil proqramlarının ixracını həyata keçirir: “Belə ki, SOCAR və “Uzbekneftegaz” şirkəti arasında 18 iyul 2023-cü il tarixində imzalanmış Anlaşma Memorandumunun müddəalarından irəli gələrək BANM ilə Özbəkistan universitetləri arasındakı müqavilələrə əsasən, Özbəkistanın Daşkənd Kimya-Texnologiyası İnstitutu və Buxara Dövlət Texniki Universiteti ilə həyata keçirilən ikili diplom proqramları bu il də uğurla icra olunub. Bu il həmin ali təhsil müəssisələrindən 16 özbək tələbə Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının magistratura səviyyəsinin 2-ci kursunda təhsil almağa başlayıb.

Hazırda ən çox özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır. Ümumilikdə, bu ölkədən olan tələbələrin sayı 25 nəfərdir.

Bakı Ali Neft Məktəbinin qazandığı beynəlxalq uğurlardan biri də Konqoda insan kapitalının formalaşması prosesində rol oynamasıdır. 

SOCAR və Konqo Milli Neft Korporasiyası (SNPC) arasında 4 aprel 2024-cü il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, SNPC şirkətinin təqaüdü ilə konqolu tələbələrin Bakı Ali Neft Məktəbində təhsil almaları uğurla icra olunur. Hazırda BANM-də 17 konqolu tələbə təhsil alır. Onlardan 9 nəfəri bu il qəbul olub”.

Rektorun sözlərinə görə, ilin əvvəlində Azərbaycan Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi və müstəqil ekspertlər tərəfindən BANM-in institusional akkreditasiyası keçirilib: “2025-ci ildə ilk dəfə olaraq BANM-in bütün akademik proqramları beynəlxalq proqram akkreditasiya prosesinə cəlb olundu. Bu proses Almaniyanın xüsusilə mühəndislik istiqaməti üzrə dünyada nüfuz qazanmış akkreditasiya agentliyi olan ASIIN tərəfindən aparıldı.

Bakı Ali Neft Məktəbi beynəlxalq reytinqlərə daxil olmağa başlayıb. “Times Higher Education (THE) Impact Rankings 2025” nəticələrinə əsasən, bu nüfuzlu reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq, BANM yüksək nəticəyə nail oldu. BANM ölkə üzrə 2-ci sırada qərarlaşaraq, dünya universitetləri arasında 801–1000-ci yerləri bölüşdü. “THE Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətlərini qiymətləndirən nüfuzlu beynəlxalq reytinq sistemidir. 

Bakı Ali Neft Məktəbinin tərkibində artıq Rəqəmsal Biliklər Liseyi fəaliyyət göstərir. Bu il liseyin təntənəli açılış mərasimi keçirilib. Texniki biliklərin öyrədilməsinə üstünlük verilən bu orta təhsil müəssisəsi ilk ilindən yüksək nəticələr göstərən şagirdlərin seçimi olub. Belə ki, lisey və gimnaziyalara mərkəzləşdirimiş qaydada keçirilən qəbul imtahanında ölkə üzrə ən yüksək bal (62.75) toplayan şagird məhz Rəqəmsal Biliklər Liseyini seçib. 

Başa çatmaqda olan il Bakı Ali Neft Məktəbi üçün ilk doktorantının müdafiəsi ilə də yadda qaldı. Belə ki, Bakı Ali Neft Məktəbinin həm bakalavr, həm magistratura məzunu, Neft-qaz mühəndisliyi kafedrasının baş müəllimi Aidə Aslanova doktorluq dissertasiyasını uğurla müdafiə etdi.

BANM məzunları Dövlət Proqramının təqaüdü ilə dünyanın aparıcı ali məktəblərində, o cümlədən Stanford Universiteti, London İmperial Kolleci, Kolumbiya Universiteti, Sidney Universiteti, London Kral Kolleci, Edinburq Universiteti və digər nüfuzlu universitetlərdə təhsillərini davam etdirdilər.

Bakı Ali Neft Məktəbinin tələbələri və əməkdaşları tərəfindən təqdim olunan 5 layihə İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 2025-ci il üzrə VII qrant müsabiqəsinin qalibi olub. 5 layihəyə 92 min manata yaxın qrant ayrılıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see283

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see270

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see270

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see230

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see229

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see226

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see224

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see220

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see220

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see208

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see202

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see199

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see198

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see191

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see189

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see189

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see185

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see184

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see179

Su İdman Sarayında padel tennis kortunun açılışı olub FOTO

01 Sentyabr 2026 23:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri