Əldə olunan mühüm nailiyyətlər FOTO
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Dağlar diyarı Lerikdə “1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü” münasibətilə keçirilən tədbirdə əvvəlcə görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Türk dünyasının böyük oğulu, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsinə ehtiram əlaməti olaraq önünə gül dəstələri qoyulubdur.
Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin akt zalında davam edən tədbirdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədri Malik Mirzəyev ,Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, Lerik Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Cahani Nüsrətzadə, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon təşkilatının sədri Veysəl Məlikov, şəhid atası Rəbbil Heydərov və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda bildirilib ki, kənd təsərrüfatı işçilərin ölkəmizin sosial-iqtisadi inkişafında, ərzaq təhlükəsizliyinin təmin olunmasında və regionların iqtisadi potensialının gücləndirilməsində böyük zəhmətləri vardır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasət nəticəsində aqrar sektorun inkişafı, fermerlərə dövlət dəstəyinin artırılması və kənd təsərrüfatının müasir tələblərə uyğun inkişaf etdirilməsi istiqamətində mühüm nailiyyətlər qazanılıb.
Sonda peşə bayramı münasibətilə bir qrup əməkdaş fəxri fərmanlara layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 31 Oktyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















