BANM beynəlxalq əmək bazarı üçün kadr hazırlığını genişləndirir
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 3 fevral, AZƏRTAC
SOCAR-ın Bakı Alı Neft Məktəbi (BANM) beynəlxalq əmək bazarı üçün kadr hazırlığını genişləndirir.
Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Qeyd olunub ki, dünya bazarının tələblərinə cavab verən, yüksəkixtisaslı mühəndis kadrların hazırlanması BANM üçün prioritet istiqamətlərdən biridir. Bu mütəxəssislərə təkcə Azərbaycanda deyil, beynəlxalq əmək bazarında da ciddi ehtiyac var. Bu məqsədlə BANM gələcək planlarında Afrika və Asiya ölkələri üçün kadr hazırlığında fəal rol almağı nəzərdə tutur. Artıq bu istiqamətdə ilk addımlar atılıb. Belə ki, Özbəkistanda ikili diplom proqramları həyata keçirilir, Konqoda və Afrikanın digər ölkələrində isə BANM-in fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 03 Fevral 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















