BANM də beynəlxalq akkreditasiya üçün ekspert qiymətləndirməsi aparılıb
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Ali Neft Məktəbində (BANM) Almaniyanın nüfuzlu akkreditasiya qurumu olan ASIIN tərəfindən təhsil proqramlarının beynəlxalq akkreditasiyası məqsədilə ekspert qiymətləndirməsi aparılıb.
BANM-dən 525.az-a bildirilib ki, qiymətləndirmə zamanı tədris proqramlarının məzmunu, əmək bazarına uyğunluğu, müəllim heyətinin ixtisas səviyyəsi və universitetin inkişaf strategiyası ətraflı müzakirə edilib. Ekspert komissiyasında ASIIN təmsilçiləri ilə yanaşı, Almaniyanın fərqli ali məktəblərindən professorlar, sənaye nümayəndələri və tələbələr iştirak ediblər.
Rektor Elmar Qasımov qonaqlarla görüşdə BANM-in yaranma tarixi, gənc və dinamik heyəti, həmçinin beynəlxalq standartlara uyğunlaşma istiqamətində görülən işlər barədə məlumat verib.
Proqram çərçivəsində bir sıra görüşlər keçirilib, tədris və tədqiqat laboratoriyalarına baxış təşkil olunub.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















