BANM də şahmat turniri keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 28 aprel, AZƏRTAC
SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) tələbə və əməkdaşlar arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımov tədbirin açılışında çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanına, xüsusilə də şahmatın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, şahmatın gənclərin intellektual inkişafında mühüm rol oynadığını vurğulayıb, turnirin iştirakçılarına uğurlar arzulayıb.
Sonra çıxış edən Azərbaycan şahmatçıları, qadınlar arasında beynəlxalq qrosmeysterlər Zeynəb Məmmədyarova və Gülnar Məmmədova şahmatın inkişafında əzmkarlığın və davamlı çalışmanın vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















