Icma.az
close
up
RU
Banqladeş səfiri: Qarabağ məsələsi də daxil olmaqla Azərbaycanın mövqeyini dəstəkləyirik

Banqladeş səfiri: Qarabağ məsələsi də daxil olmaqla Azərbaycanın mövqeyini dəstəkləyirik

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanı beynəlxalq arenada haqq işini dəstəkləyən ölkələrdən biri də Banqladeşdir.

Bu ölkənin Türkiyədə iqamətgahı olan Azərbaycan, Gürcüstan və Türkmənistan üzrə qeyri-rezident səfiri Amanul Haq "Report"un Ankara bürosuna müsahibəsində bu ilin iyun ayında Azərbaycan və Banqladeş Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin birinci iclasından sonra iki ölkə arasında əməkdaşlığın yeni dövrünün başlandığını bildirərək, ölkələr arasında siyasi, iqtisadi təhsil, mədəniyyət, turizmi əlaqələrinin genişləndirilməsi, vizaların sadələşdirilməsi və digər məsələlərin həyata keçirilməsi üçün bir səfir olaraq üzərinə düşən vəzifə və səlahiyyətlərdən irəli gələn prioritetlərini açıqlayıb.

- Cənab səfir, 2020-ci ilə qədər Banqladeş Xalq Respublikasının Azərbaycandakı səfiri iqamətgahı Ankarada olmaqla vəzifəsini yerinə yetirirdi. Sonra bu funksiya İranda iqamət edən Banqladeş səfirinə verildi. Bu ildən isə Banqladeşin Azərbaycan üzrə səfiri öz səlahiyyətlərini yenidən Türkiyədən icra edəcək. Diplomatik fəaliyyətiniz müddətində ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində əsas prioritetləriniz nədən ibarət olacaq?

- Qeyd etdiyiniz kimi, 2020-ci ildən sonra Banqladeşin İrandakı səfirliyi rəsmi olaraq Azərbaycanda akkreditə olunub. Lakin praktiki və siyasi çətinliklərə görə Azərbaycanda yaşayan Banqladeş İcmasının İrandakı Banqladeş səfirliyindən adekvat dəstək alması çətinləşdi. Onlar həmçinin səfirliyin İrandan Türkiyəyə dəyişdirilməsini istəyiblər və Banqladeşdəki vəziyyəti izah etmək üçün xeyli səy göstərdikdən sonra bu il Türkiyədən Azərbaycana səfir təyin olunmasına qərar verilib.

Bir neçə əsas sahə var ki, iki ölkə arasında əlaqələr hələ də tam inkişaf etdirilməyib, yaxud məhdud ünsiyyət və məşğulluq səbəbindən lazımi şəkildə həyata keçirilməyib. Banqladeş və Azərbaycan xüsusilə ticarət, investisiya, təhsil, mədəniyyət və İKT sahələrində əməkdaşlıq üçün çoxsaylı potensial sahələrə malikdir. Əsas prioritetim bu sektorlarda irəliləyişi sürətləndirmək və ikitərəfli əlaqələri gücləndirmək olacaq.

- Oktyabrın 31-də etimadnamənizi Azərbaycan Prezidentinə təqdim etdiniz. Bu görüş sizdə necə bir təəssürat yaratdı?

- Mən İlham Əliyevi ilk dəfə 2006-cı ilsə görmüşəm. O planlarını reallığa çevirmək gücündə olan prinsipial bir dövlət başçısı təəssüratı yaradıb məndə. Cənab Prezidentə etimad məktubumu təqdim edəndə mənə dedi ki, müxtəlif sahələrdə əlaqələrimizi inkişaf etdirməyin vaxtı gəlib.

- Azərbaycanla Banqladeş münasibətlərini necə dəyərləndirirsiniz?

- Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ildən qurulub, Banqladeş, Azərbaycanla əlaqələri rəsmiləşdirən 13-cü dövlətdir. Bu illər ərzində ölkələrimiz xüsusən də Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq forumlarda sıx əməkdaşlıq edir və bu çoxtərəfli kontekstdə münasibətlərimiz inkişafdadır.

- Bildirdiyiniz kimi, Azərbaycanla Banqladeşin BMT və İƏT çərçivəsində əməkdaşlığı nəzərə çarpır. Yəni demək olarmı ki, hər iki ölkə islam mədəniyyətinin bir hissəsi olduğu üçün bu beynəlxalq təşkilatlardakı birgə fəaliyyətləri öndədir?

- Şübhəsiz ki, hər iki ölkənin ortaq islam mədəniyyəti fərqli mədəni oriyentasiyalara malik ölkələrlə müqayisədə bizi bir-birimizə daha da yaxınlaşdırmaq potensialını artırır. Həm Banqladeş, həm də Azərbaycan İƏT-in fəal üzvləridir və BMT-də və digər beynəlxalq platformalarda bir-birinin maraqlarını dəstəkləyirlər. Məsələn, Banqladeş Qarabağ münaqişəsi məsələsində Azərbaycanın mövqeyini ardıcıl olaraq dəstəkləyir. Öz növbəsində Azərbaycan Banqladeşi müxtəlif beynəlxalq platformalarda, məsələn, BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasında, Beynəlxalq Telekommunikasiya İttifaqında və BMT Təhlükəsizlik Şurasının seçkilərində və digərlərində prinsipiallıqla dəstəkləyib.

Əməkdaşlığımıza çoxtərəfli təşkilatlarda da qarşılıqlı dəstək daxildir. Məsələn, Azərbaycan 2016-2019-cu illər arasında Banqladeşin Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT), Beynəlxalq Dəniz Təşkilatına (IMO) və İnsan Hüquqları Şurasına (UNHRC) namizədliyini dəstəkləyib. Eynilə, bu təşkilatlarda müvafiq namizədlər üçün ölkələrimiz arasında qarşılıqlı dəstək razılaşması mövcuddur.

- Yeri gəlmişkən, ölkələrimizin diplomatiya və digər sahələrdə əlaqələrinin inkişafı üçün, Sizcə hansı addımlar atılmalıdır?

- Qeyd etdiyim kimi, əməkdaşlığımızın əksəriyyəti çoxtərəfli səviyyədə olub. Ona görə də, şübhəsiz ki, ikitərəfli əlaqələri genişləndirmək və dərinləşdirmək üçün imkanlar var. Diplomatik əlaqələri gücləndirmək üçün yüksək səviyyəli mübadilələrin artırılmasına və Xarici İşlər Nazirliyi ilə müntəzəm məsləhətləşmələrin təşkilinə üstünlük verməliyik. Bu ilin iyununda Azərbaycanla birinci dəfə ilk siyasi məsləhətləşmələrimizi keçirdik və bundan çox məmnun olduq. Biz həmçinin iqtisadi əməkdaşlığa dair Anlaşma Memorandumu imzalamağı və mümkün qədər tez Birgə İqtisadi Komissiya yaratmağı hədəfləməliyik.

Bundan əlavə, biz azərbaycanlı investorları Banqladeşin inkişaf edən iqtisadiyyatındakı imkanları araşdırmaq üçün fəal şəkildə təşviq etmək istəyirik. Düşünürəm ki, bu da ölkələrimiz arasında ticarətin inkişafına kömək edəcək. Təhsil, səhiyyə və mədəniyyət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi də ikitərəfli münasibətləri dərinləşdirmək səylərimizin əsasını təşkil edəcək.

- Bu ilin fevralında Azərbaycan Parlamenti iki il müddətinə Asiya Parlament Assambleyasına sədrliyi öz üzərinə götürdü. Sözügedən qurum çərçivəsində Azərbaycan-Banqladeş münasibətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanın Asiya Parlament Assambleyasına rəhbərliyi ölkələrimizin parlamentləri arasında əlaqələri daha da gücləndirmək, eləcə də digər Asiya dövlətləri ilə əməkdaşlığı dərinləşdirmək üçün gözəl imkan yaradır. Bu platforma bizə ikitərəfli dialoqu gücləndirməyə və ortaq regional və qlobal çağırışlar üzərində işləməyə imkan verir.

- Azərbaycanın çoxmillətli olması tolerantlıq üçün zəmindir. Siz Bakıda olmusunuz. Bunu necə gördünüz və ümumiyyətlə, bizim tariximiz haqqında nə bilirsiniz?

- Azərbaycana ilk səfərim 2006-cı ildə İKT-də işlədiyim vaxt olub. O vaxtdan bəri mən müxtəlif vaxtlarda Bakıda olmuşam, paytaxtınızda və bütün ölkədə əsaslı dəyişikliklərin şahidi olmuşam. Siz haqlı olaraq qeyd edirsiniz ki, Azərbaycan çoxmillətlidir, əhalisinin əksəriyyəti Banqladeş kimi müsəlmandır və bu, təbii olaraq tolerantlığı və ortaq mədəni dəyərlər hissini aşılayır. Bizim cəmiyyətlərimiz arasında çoxlu oxşar cəhətlər var ki, bu da ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi üçün zəmin ola bilər.

- Aramızda məsafənin çox olmasına baxmayaraq, ölkələrimiz arasında turizm əlaqələrinin qurulması mümkündürmü?

- Müasir dünyada yeni kommunikasiya və səyahət texnologiyaları sayəsində məsafə artıq keçilməz bir maneə deyil. İnsanlar arasında mübadilənin təşviqi çox vacibdir, çünki bu, ölkələrimiz arasında daha çox turizmi təşviq edəcəkdir.

Məsələn, Banqladeşdən olan insanlar Türkiyəyə səfər edərkən, ölkənin zəngin mədəni irsini və turizm imkanlarını araşdırmaq üçün Azərbaycana da səfər etməyi düşünə bilərlər. Eynilə, Hindistana səyahət edən azərbaycanlılar həm mədəni mübadilə, həm də biznes imkanları üçün Banqladeşi öz marşrutlarına daxil edə bilərlər. Güclü turizm əlaqələrini inkişaf etdirməklə biz qarşılıqlı anlaşma və əməkdaşlıq üçün daha çox imkan yarada, hər iki xalqa fayda verə bilərik. Bu baxımdan Azərbaycanla turizm sektorunu inkişaf etdirmək çox önəmli hədəflərimizdən biridir. Hazırda Bakı ilə Banqladeş arasında birbaşa uçuşların olması üzərində düşünürük.

- Cənab səfir, Azərbaycanın ev sahibliyi ilə noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 beynəlxalq iqlim konfransında Banqladeş necə təmsil olunacaq?

- COP29-da Banqladeşin müvəqqəti hökumətinin baş müşaviri Muhammad Yunus iştirak edəcək. Muhammed Yunus təsis etdiyi Grameen Bankına və qabaqcıl işlərinə görə Nobel Sülh Mükafatına layiq görülüb. Bu bank yoxsulları sahibkara çevirmək məqsədi ilə qurulub. COP 29-un da başlıca məqsədi iqlim fəlakətləri ilə mübarizədə yoxsul ölkələrə də dəstək verməkdir. Bu baxımdan, ölkə rəhbərliyimiz səviyyəsində COP 29 səmimiyyətlə dəstəklənir. Bildiyiniz kimi Banqladeş iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı çox mübarizə aparan dövlətlərdəndir. Ona görə də Bakıda keçirilən bu tədbir bizim üçün çox önəmlidir. COP29-un faydalı olacağına ümid edirik və qəbul edilən qərarları böyük səbirsizliklə gözləyirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Noyabr 2024 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see234

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see230

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see228

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see191

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see187

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see171

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see170

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see162

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see161

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see152

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see152

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see151

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see150

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri