Barbie qayıdır: Qreta Qerviq blokbasterin davamını hazırlayır
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Rejissor Qreta Qerviq "Barbie" blokbasteri ilə dünyanı fəth etdikdən sonra məşhur kuklanın rəngarəng dünyasına yenidən qayıtmağa hazırdır.
Oxu.Az-ın "The Hollywood Reporter"ə istinadən verdiyi məlumata görə, Qerviq ilk filmin həmmüəllifi Noa Baumbaxla birlikdə ikinci film üçün ideya hazırlayıb və onu "Warner Bros" studiyasına təqdim edib.
Davamın üzərində işlər hələ erkən mərhələdə olsa da, proses artıq başlayıb. Uğurlu danışıqlar olacağı təqdirdə, yaradıcılar ssenarinin yazılmasına və istehsal qrafikinin razılaşdırılmasına başlayacaqlar. İlk filmin fenomenal uğurunu nəzərə alsaq (2023-cü ilin ən çox gəlir gətirən film olması və Qreta Qerviqi bu qədər gəlirli film çəkən ilk qadın rejissor etməsi), davamdan gözləntilər olduqca yüksəkdir.
Xatırladaq ki, orijinal "Barbie" filmi məşhur kukla, onun sevgilisi Ken və dostlarının macəralarından bəhs edir. Süjet xəttinə görə, "Barbie" ideal "Barbieland" dünyasından qovulur və öz təyinatını və yeni hekayələr tapmaq üçün real insan dünyasına gedir. Film öz yumoru, rəngarəngliyi və özünü təyinetmə haqqında dərin mesajı ilə bütün dünya tamaşaçılarının qəlbini fəth edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Dekabr 2024 05:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















