Qreta Fransadakı etirazlara qoşuldu
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İsveçli aktivist Qreta Tunberq Fransada məktəblilərin etirazına qoşulub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Onun Sen-Deni şəhərində fəaliyyət göstərən Pol Elüar adına orta məktəbə gəldiyi bildirilir.
Fransada yuxarı sinif şagirdlərinin və tələbələrin etiraz aksiyalarının mərkəzlərindən biri hesab olunan bu məktəbə 23 yaşlı aktivistdən savayı, təxminən 20 nəfər hüquqşünasın da gəldiyi bildirilir. Mətbuatın məlumatına görə, məqsəd etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında “canlı sipər” yaratmaqdır.
Qeyd edək ki, Fransada təhsil sistemindəki problemlərə etiraz olaraq keçirilən aksiyalar sentyabr ayının ortalarından davam edir. Təhsil sistemindəki çatışmazlıqlar və bərabərsizliklərə qarşı yönələn aksiyalar qısa zaman ərzində ölkə boyu genişmiqyaslı etirazlara çevrilib, nümayişçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalara səbəb olub. Ümumilikdə aksiyalar çərçivəsində minlərlə etirazçı saxlanılıb. Xəsarət alanlar var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 13 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















