Icma.az
close
up
RU
“Barəmdə deyilənlər şər böhtan idi, cinayət işi rədd edildi” Hidayət Məhərrəmli

“Barəmdə deyilənlər şər böhtan idi, cinayət işi rədd edildi” Hidayət Məhərrəmli

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tanınmış fitnes məşqçisi Hidayət Məhərrəmlinin keçmiş sevgilisi Ş.Y. hüquq-mühafizə orqanlarına etdiyi şikayəti geri götürüb.

“Qafqazinfo” xəbər verir ki, o, notarial qaydada ərizə yazaraq keçmiş sevgilisinə qarşı şikayətinin, maddi-mənəvi tələbinin olmadığını bildirib. Ş.Y-nın müraciəti əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilib.

Bu barədə saytımıza açıqlamasında H.Məhərrəmli özü məlumat verib. O bildirib ki, əvvəllər münasibətdə olduğu xanımın müraciəti əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılıb: “Araşdırma zamanı müəyyən edilib ki, sosial şəbəkələrdə yayılmış iddialar şəxsi münasibətlər fonunda yaranmış qısqanclıq və emosional gərginlik zəminində səsləndirilib, lakin real faktlara əsaslanmayan məlumatlardan ibarət olub. Araşdırma zamanı həmin xanım  32 saylı notariat ofisində imzaladığı, reyestrdə 8İ-37 nömrə ilə qeydə alınmış 5 yanvar 2026-cı il tarixli ərizə ilə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət edərək mənə qarşı heç bir şikayətinin, iddiasının, maddi və mənəvi tələbi olmadığını bildirib. Bu fakt bir daha təstiq edir ki, barəmdə qeyd edilən ittihamlar qısqanclıq zəmnindən əmələ gələn emosional düyğulardan doğuran yalan, şər və böhtan xarakterli ittihamlardır.

Bu səbəbdən də həmin xanım tərəfindən edilən müraciət əsasında Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb. Aparılan yoxlamalar və hüquqi qiymətləndirmə nəticəsində yayılan iddiaların faktiki əsasının olmadığı müəyyən edilib və məsələ üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Onlara aparılmış obyektiv araşdırmaya görə təşəkkür edirəm”.

H.Məhərrəmli məsələ ilə bağlı əvvəllər sosial şəbəkələrdə və müxtəlif media platformalarında barəsində yayılmış əsassız və həqiqətə uyğun olmayan bütün məlumatların silinməli olduğunu düşünür: “Sosial şəbəkələrdə və media resurslarında bu mövzu ilə bağlı edilən paylaşımlar zamanı rəy (şərh) bölməsinin açıq saxlanılması böhtan və təhqir xarakterli fikirlərin yayılmasına şərait yarada bilər, o cümlədən işgüzar fəaliyyətimə və nüfuzuma xələl gələ bilər. Bu səbəbdən bütün səhifə və media administratorlarından tələb olunur ki, bu mövzu ilə bağlı paylaşımlarda rəy bölməsi deaktiv edilsin. Əks halda, həm yayılan yanlış məlumatlara, həm də rəy bölməsi vasitəsilə ictimai şəkildə səsləndirilən təhqiredici və hüquqazidd fikirlərə görə, həmin səhifə və administratorlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görüləcək və onlar məsuliyyətə cəlb olunacaqlar”.

Qeyd edək ki, xanım bir müddət əvvəl hüquq-mühafizə orqanlarına müraciət edərək keçmiş sevgilisinin biznes qurmaq adı ilə ondan 550 min manat aldığını iddia etmişdi.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Aprel 2026 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri