Icma.az
close
up
RU
“Barəmdə deyilənlər şər böhtan idi, cinayət işi rədd edildi” Hidayət Məhərrəmli

“Barəmdə deyilənlər şər böhtan idi, cinayət işi rədd edildi” Hidayət Məhərrəmli

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Tanınmış fitnes məşqçisi Hidayət Məhərrəmlinin keçmiş sevgilisi Ş.Y. hüquq-mühafizə orqanlarına etdiyi şikayəti geri götürüb.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, notarial qaydada ərizə yazaraq keçmiş sevgilisinə qarşı şikayətinin, maddi-mənəvi tələbinin olmadığını bildirib. Ş.Y-nın müraciəti əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi qərarı qəbul edilib.

Bu barədə saytımıza açıqlamasında H.Məhərrəmli özü məlumat verib. O bildirib ki, əvvəllər münasibətdə olduğu xanımın müraciəti əsasında Abşeron rayon Polis İdarəsində araşdırma aparılıb: "Araşdırma zamanı müəyyən edilib ki, sosial şəbəkələrdə yayılmış iddialar şəxsi münasibətlər fonunda yaranmış qısqanclıq və emosional gərginlik zəminində səsləndirilib, lakin real faktlara əsaslanmayan məlumatlardan ibarət olub. Araşdırma zamanı həmin xanım  32 saylı notariat ofisində imzaladığı, reyestrdə 8İ-37 nömrə ilə qeydə alınmış 5 yanvar 2026-cı il tarixli ərizə ilə Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət edərək mənə qarşı heç bir şikayətinin, iddiasının, maddi və mənəvi tələbi olmadığını bildirib. Bu fakt bir daha təstiq edir ki, barəmdə qeyd edilən ittihamlar qısqanclıq zəmnindən əmələ gələn emosional düyğulardan doğuran yalan, şər və böhtan xarakterli ittihamlardır.

Bu səbəbdən də həmin xanım tərəfindən edilən müraciət əsasında Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb. Aparılan yoxlamalar və hüquqi qiymətləndirmə nəticəsində yayılan iddiaların faktiki əsasının olmadığı müəyyən edilib və məsələ üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunub. Onlara aparılmış obyektiv araşdırmaya görə təşəkkür edirəm”.

H.Məhərrəmli məsələ ilə bağlı əvvəllər sosial şəbəkələrdə və müxtəlif media platformalarında barəsində yayılmış əsassız və həqiqətə uyğun olmayan bütün məlumatların silinməli olduğunu düşünür: "Sosial şəbəkələrdə və media resurslarında bu mövzu ilə bağlı edilən paylaşımlar zamanı rəy (şərh) bölməsinin açıq saxlanılması böhtan və təhqir xarakterli fikirlərin yayılmasına şərait yarada bilər, o cümlədən işgüzar fəaliyyətimə və nüfuzuma xələl gələ bilər. Bu səbəbdən bütün səhifə və media administratorlarından tələb olunur ki, bu mövzu ilə bağlı paylaşımlarda rəy bölməsi deaktiv edilsin. Əks halda, həm yayılan yanlış məlumatlara, həm də rəy bölməsi vasitəsilə ictimai şəkildə səsləndirilən təhqiredici və hüquqazidd fikirlərə görə, həmin səhifə və administratorlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq hüquqi tədbirlər görüləcək və onlar məsuliyyətə cəlb olunacaqlar”.

Qeyd edək ki, xanım bir müddət əvvəl hüquq-mühafizə orqanlarına müraciət edərək keçmiş sevgilisinin biznes qurmaq adı ilə ondan 550 min manat aldığını iddia etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Aprel 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri