Icma.az
close
up
RU
“Barsa” “Kamp Noy”ya darmadağınla döndü, “Real” büdrədi

“Barsa” “Kamp Noy”ya darmadağınla döndü, “Real” büdrədi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

La Liqada hesabat turu lider “Real”lə ən yaxın izləyicisi “Barselona” arasındakı xal fərqinin 1-ə enməsiylə əlamətdar oldu. Liderlər qrupunda qərarlaşan “Vilyarreal” və “Atletiko” da növbəti qələbəsini qazandı.

"Football-plus.az" xəbər verir ki, “Barsa” “Real”dan bir gün əvvəl meydana çıxdı.
Kataloniyalılar, adətən, yığma fasiləsindən sonra çətinlik çəksə də, yenilənmiş “Kamp Nou”ya dönüş onları ruhlandırmalıydı. Flikin komandası “Atletik”lə oyuna çox fəal başladı və artıq 4-cü dəqiqədə hesabı açdı. Levandovskinin qolundan az sonra Lopes də fərqlənə bilərdi, ancaq Simon komandasını xilas etdi. Fasilə ərəfəsində basklar təşəbbüsə yiyələnsə də, şanslardan yararlana bilmədi. Əvəzində “Barsa” 2-ci qolu da vurdu – Yamalın gözəl ötürmə ilə təkbətək çıxardığı Lopesin bu imkanı boşa verməsi günah olardı. “Barsa” 2-ci hissədə də həm əvvəldə, həm də sonda qol vurdu.
Fasilədən dərhal sonra Lopes fərqi darmadağın həddinə çatdırdı, 90 dəqiqənin tamamında isə Yamaldan ötürmə alan Torres dublu rəsmiləşdirdi. Hərçənd bu oyunda hər şey artıq 54-cü dəqiqədə - Sanset birbaşa qırmızı vərəqə ilə meydandan qovulanda aydın idi. Düzdü, “Atletik”in 0:4-ü haqq etdiyini də demək çətindi. “Quru” hesablı qələbə qazanan “Barsa” “Çelsi” ilə ÇL oyununa yaxşı əhval-ruhiyyədə yollanacaq. Ernesto Valverde isə komandasını bu vəziyyətdən çıxarmağın yollarını tapmalıdı. “Atletik” artıq 8-ci pilləyə yuvarlanıb.
Xabi Alonso “Elçe” ilə səfər oyununda həm heyət, həm də taktiki sxem ilə bağlı eksperimentlər etdi, Valverde, Kamavinqa, Vinisius kimi usta oyunçuları ehtiyatda saxladı. Bu gediş yaxşı nəticə vermədi. “Elçe” ilk yarıda heç də “Real”dan pis təsir bağışlamadı. Penya və Kurtua fasiləyə qədər iki seyvlə yadda qaldı, yəni hesab 2:2 ola bilərdi, ancaq komandalar paltardəyişmə otağına 0:0 ilə yollandı. Oyun canlanan kimi meydan sahibləri hesabı açdı.
“Elçe”nin xavbeki Febas fərqlənəndən az sonra Alonso meydana üç əsas oyunçusunu buraxdı. “Real”ın oyununda hərəkətlilik artdı, madridlilər təşəbbüsü ələ aldı, bununla belə, onların dominantlığından danışmaq olmaz. “Real”ın 8-ci künc zərbəsi bərabərlik qolunu gətirdi – Aleksander-Arnoldla Bellingem Höysenin fərqlənməsinə şərait yaratdı. Ancaq qonaqların qol sevinci uzun sürmədi. Eder Sarabiya 79-cu dəqiqədə “Real”ın sabiq oyunçusu Rodrigesi meydana buraxdı. O isə 5 dəqiqə sonra “Elçe”ni növbəti dəfə irəli çıxardı. Amma tezliklə “Real” da bərabərlik qolunu vurdu. Penya Bellingemin ilk zərbəsini qaytarsa da, Mbappe topu yenidən ingiltərəli ulduza qaytardı, o da ikinci şansı boşa vermədi. Düzdü, bu zaman Vinisius qapıçıya qarşı kobud oynamışdı, yəni qol sayılmaya da bilərdi. Ardıcıl 2-ci oyunda heç-heçəyə razılaşan “Real” artıq “Barsa”nın isti nəfəsini kürəyində hiss edir.
“Barsa” isə “Vilyarreal”dan cəmi 2 xal öndədi. “Sarı sualtı qayıq” autsayderlərdən “Malyorka”nın müqavimətini yalnız 83-cü dəqiqədə qıra bildi. 4-cü pillədə isə “Atletiko” qərarlaşıb. “Hindular” “Xetafe” ilə səfər oyununun 82-ci dəqiqəsində avtoqola sevindi. Onların bütün turnirləri əhatə edən qələbə seriyası 5 oyuna çatdı. Bu qələbələrdən dördü La Liqanın, biri isə ÇL-in payına düşür.
Mövsümün əvvəlini boşa verən “Real Sosyedad” tədricən vəziyyəti düzəltməkdədi. Basklar mövsümdəki 4-cü qələbəsini “Osasuna” ilə səfər oyununda qazandı. Hərçənd oyun onlar üçün yaxşı başlamadı. Katena ilk yarıda pamplonalıları irəli çıxardı. “Real Sosyedad” 2-ci hissəyə çox fəal başladı və 6 dəqiqə aralığında iki qol vurdu. Sonradan meydana çıxan Barreneçea 82-ci dəqiqədə oyunda son nöqtəni qoydu – 1:3.
Turun qalan oyunlarına gəlincə, “Valensiya” “Levante”ni, “Selta” “Alaves”i yeganə qolla məğlub etdi. “Ovyedo” – “Rayo Valyekano”, “Betis” – “Jirona” oyunları heç-heçə bitdi.
13-cü tur
Barselona – Atletik 4:0

Levandovski, 4. Torres, 45+3; 90. Lopes, 48. (45157)
Barselona: X.Qarsiya, Kunde, Kubarsi, E.Qarsiya (Bernal, 74), Martin, Lopes (Kasado, 64), Olmo (Rafinya, 81), Torres, Yamal, Balde (Arauxo, 46), Levandovski (Fernandes, 64).
Elçe – Real 2:2
Febas, 53. Rodriges, 84 – Höysen, 78. Bellingem, 87. (31024)
Real: Kurtua, Karreras (Dias, 88), Höysen, Asensio, Sebalyos (Kamavinqa, 57), Gülər (Q.Qarsiya, 64), Aleksander-Arnold, F.Qarsiya (Valverde, 57), Bellingem, Mbappe, Rodriqo (Vinisius, 57).
Xetafe – Atletiko 0:1
Duarte, 82-öz qapısına. (9783)
Atletiko: Musso, Ruceri (Qallaher, 69), Lanqle, Ximenes, Lyorente (Qrizmann, 14), Koke (Sörlot, 59), Barrios, Molina, Qonsales (Hantsko, 69), Baena, Alvares (Raspadori, 59).
Vilyarreal – Malyorka 2:1
Moreno, 6. Oluvaseyi, 83 – Koşta, 8. (16854)
Osasuna – Real Sosyedad 1:3
Katena, 42 – Mendes, 53. Qedeş, 59. Barreneçea, 82. (21377)
Valensiya – Levante 1:0
Duro, 79. (46302)
Alaves – Selta 0:1
Aspas, 55-p. (16582)
Ovyedo – Rayo Valyekano 0:0
(23684)
Betis – Jirona 1:1
Qomes, 75 – Vanat, 20. (64268)
Espanyol – Sevilya 2:1
Milya, 48. Fernandes, 84 – Markao, 86.
1. Real 13 10 2 1 28-12 32
2. Barselona 13 10 1 2 36-15 31
3. Vilyarreal 13 9 2 2 26-11 29
4. Atletiko 13 8 4 1 25-11 28
5. Betis 13 5 6 2 20-14 21
6. Espanyol 13 6 3 4 17-16 21
7. Xetafe 13 5 2 6 12-15 17
8. Atletik 13 5 2 6 12-17 17
9. Real Sosyedad 13 4 4 5 17-18 16
10. Elçe 13 3 7 3 15-16 16
11. Sevilya 13 5 1 7 19-21 16
12. Selta 13 3 7 3 16-18 16
13. Rayo Valyekano 13 4 4 5 12-14 16
14. Alaves 13 4 3 6 11-12 15
15. Valensiya 13 3 4 6 12-21 13
16. Malyorka 13 3 3 7 13-20 12
17. Osasuna 13 3 2 8 10-16 11
18. Jirona 13 2 5 6 12-25 11
19. Levante 13 2 3 8 16-24 9
20. Ovyedo 13 2 3 8 7-20 9
Bombardirlər: Mbappe (Real) - 13, Levandovski (Barselona) – 8, Alvares (Atletiko), Torres (Barselona) – 7.
Növbəti turun oyunları noyabrın 28-i – dekabrın 1-i aralığında keçiriləcək: Xetafe – Elçe, Malyorka – Osasuna, Barselona – Alaves, Levante – Atletik, Atletiko – Ovyedo, Real Sosyedad – Vilyarreal, Sevilya – Betis, Selta – Espanyol, Jirona – Real, Rayo Valyekano – Valensiya.
Turun rəqəmi
700 – 2009-un sentyabrından “Atletiko”nun şərəfini qoruyan Koke oyun sayını bu həddə çatdırmaqla klubun rekordçusu oldu. O, bu oyunların 662-nə Dieqo Simeonenin rəhbərliyi altında çıxıb. Koke 48 qol və 114 məhsuldar ötürmə ilə yadda qalıb, 416 qələbə, 150 heç-heçə, 134 məğlubiyyət yaşayıb.
Turun ulduzu
Lamin Yamal (Barselona) – kataloniyalıların heyətindən bir çox futbolçunu fərqləndirmək olar. Məsələn, Erik Qarsiya iki dəfə topu aldı və həmin hücumlar qolla nəticələndi. Ancaq biz Yamalı seçdik. Laminin iki gözəl ötürməsi Torresin dubluna şərait yaratdı. O özü də qola çox yaxın idi, ancaq imkanları qaçırdı.
Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi (Duartenin avtoqoluna işarə ilə):

“Bəxt də oyunun bir hissəsidi. Bu dəfə o bizim tərəfimizdə oldu. Bu gün həmin qol olmasaydı, indi mənə başqa suallar verəcəkdiz”.


Faktlar
* “Barselona” sentyabrın 21-dən bəri ilk dəfə qapısını toxunulmaz saxladı. Kataloniya nəhəngi buna qədər müxtəlif turnirlər çərçivəsindəki ardıcıl 10 oyunda qol buraxmışdı.
* Flikin rəhbərliyi altında 77-ci oyununu keçirən “Barselona” bunların 27-də böyükhesablı qələbə qazanıb. Almaniyalı mütəxəssisin 2024-ün yayında bu komandanın “sükanı arxasına” keçdiyini və artıq bir dəfə çempion etdiyini də xatırladaq.
Oyundan sonra
Hans-Diter Flik, “Barselona”nın baş məşqçisi:

“Əlbəttə, xoşbəxtəm. Hər şey yaxşı oldu. Oyunun axarına nəzarət etdik və ən vacib anlarda qol vurduq. Qol buraxmadığımıza görə də sevinirəm, ancaq əsas qələbədi. Düşünürəm ki, bu gün çox yaxşı oynadıq. Qələbə kimi, ona necə nail olmaq da vacibdi. “Atletik” yaxşı komandadı. Sadəcə, bu gün işlərimiz yaxşı getdi”.

Xabi Alonso, “Real”ın baş məşqçisi:

“Futbol belədi. Yaxşı seriyadan sonra istəmədiyimiz nəticələrlə üzləşdik. Narazıyıq, ona görə ki, həmişə qalib gəlmək istəyirik. Ancaq irəlidə oyun çoxdu. Başverənləri təhlil etməliyik. Komandam təslim olmayıb, mübarizəni davam etdirir. Nəticə və oyun daha yaxşı olmalıdı. Özümüzə tənqidi yanaşırıq, mükəmməlləşmək istəyirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri