“Barselona” 17 yaşlı azərbaycanlı istedadla müqavilə imzalayıb
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Kataloniyanın “Barselona” klubu 17 yaşlı istedadlı azərbaycanlı futbolçu İbrahim Babayevlə müqavilə imzalayıb.
İlk vaxtlardan kataloniyalıların U-17 komandasında çıxış edəcək yarımmüdafiəçi buna qədər İsveçrənin “Servette” klubunun gənclər komandasında çıxış edib və İsveçrə vətəndaşlığı var. O, əvvəlki klubunda 25 oyunda 5 qol vurub. 2008-ci il təvəllüdlü İbrahim Babayev həm də Azərbaycan milli komandasının üzvüdür.
Müqavilənin təntənəli imzalanma mərasimində klubun Gənclərin İnkişafı üzrə Departamentin direktoru Xuan Soler və “La Masia”nın rəhbəri Xose Ramon Aleksanko iştirak edib.
Yeri gəlmişkən, buna qədər “Barselona” klubu bu il avqustun 10-da 21 yaşlı azərbaycanlı qapıçı, “Neftçi” komandasının yetirməsi Eldar Tağızadə ilə 1 illik müqavilə imzalamışdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 31 Avqust 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















