Barselona misirli Haalandla müqavilə imzaladı: 17 yaşlı yeniyetmə kimdir?
Icma.az, Lent az saytına istinadən bildirir.
"Barselona" Afrikanın ən tanınmış yeniyetmə hücumçularından biri ilə müqavilə imzalayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Həmzə Əbdülkərim "Əl-Əhli"dən icarə əsasında Kataloniya klubuna transfer olunub. Oyunçu tibbi müayinədən keçmək üçün yanvarın 31-də Barselonaya gəlib.
"Əl-Əhli"nin futbol direktoru Valid Salah Əl-Din transferi təsdiqləyib:
"Həmzə Əbdülkərim "Barselona"ya transferini başa vurub. Ona uğurlar arzulayıram və ümid edirəm ki, Avropada o qədər uğurlu olacaq ki, bir daha Misirə qayıtmayacaq".
Əbdülkərim cəmi 17 yaşındadır, amma o, artıq "misirli Haaland" adlandırılır və bunun yaxşı səbəbi var:
• 30 oyunda 38 qol
• 12 məhsuldar ötürmə
• 1.88 metr boyu
• güclü, partlayıcı hücumçu
• ardıcıl het-trik edən
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 01 Fevral 2026 19:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















