Barselona almaniyalı qapıçını müvəqqəti olaraq kapitanlıqdan uzaqlaşdırıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 7 avqust, AZƏRTAC
İspaniyanın "Barselona" klubu qapıçısı Mark-Andre ter Ştegeni komandanın kapitanı vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırıb.
AZƏRTAC La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu qərar futbolçu barəsində aparılan intizam araşdırması fonunda verilib. Klub rəhbərliyi və məşqçilərlə razılaşma əsasında almaniyalı qolkiperin kapitanlıq səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb.
Onun yerinə komandanın vitse-kapitanı Ronald Arauxo kapitan funksiyalarını icra edəcək.
Qeyd edək ki, Mark-Andre ter Ştegen bel nahiyəsindən əməliyyat olunub və "Barselona"nın yeni transferini La Liqa üçün qeydiyyatdan keçirməsinə imkan verəcək tibbi sənədi imzalamaqdan imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 07 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















