Barselona onu kapitanlıqdan məhrum edir
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın "Barselona" klubunun qapıçısı Mark-Andre ter Ştegen kapitanlıq sarğısından məhrum edilir.
Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin rəhbərliyinin tələbidir.
Baş məşqçi Hans-Diter Flik də 33 yaşlı futbolçuya qarşı intizam tədbiri olaraq yeni kapitanın təyin olunmasını istəyib.
Qolkiper La Liqanın həkim komissiyası üçün zədə hesabatını imzalamaqdan imtina edib. Klub reqlamentdəki bənddən istifadə edərək yeni gələn oyunçunu qeydiyyatdan keçirmək istəyirdi. Lakin bunun reallaşması üçün zədəli futbolçunun ən azı dörd aya sağalacağı təsdiqlənməlidir.
Qeyd edək ki, Mark-Andre ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Onun hazırkı müqaviləsi 2028-ci yayınadək qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 07 Avqust 2025 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















