“Barselona” Futbol Klubunun prezidenti Azərbaycana səfərə gəlib AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 16 noyabr, AZƏRTAC
“Barselona” Futbol Klubunun Prezidenti Xuan Laporta BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.

