Icma.az
close
up
RU
Saçları sürətlə gurlaşdıran çərəz: Hər gün bir ovuc yeyin

Saçları sürətlə gurlaşdıran çərəz: Hər gün bir ovuc yeyin

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Güzgüdə seyrəkləşən saç dibləri bir çox insan üçün narahatedici problemdir. Bu vəziyyətlə üzləşən gənc sosial media istifadəçisi - "Deni" adı ilə tanınan kontent yaradıcısı - iki il ərzində əldə etdiyi diqqətçəkici saç dəyişimini izləyiciləri ilə bölüşüb. Onun nəticələrini görənlər heyrətlərini gizlədə bilməyib.

Milli.Az xəbər verir ki, Deni bahalı saç məhsullarına və ya "möcüzə" vəd edən formulalara yönəlmək əvəzinə, hər kəsin asanlıqla tətbiq edə biləcəyi, qənaətcil üsulları seçib. Paylaşımları qısa zamanda geniş maraq qazanıb.

Saçlarının əvvəllər çox incə telli və həcmsiz olduğunu deyən Deni hər daramada ovuclu saç töküldüyünü bildirir. Çarə axtaran gənc qadın ilk böyük fərqi qidalanma vərdişlərini dəyişdirdikdə görüb.

O, hər gün bir ovuc balqabaq tumu yeməyə başlayıb. Bu sadə addım saç köklərini gücləndirib və tökülməni azaldıb. Mütəxəssislər də balqabaq tumunun tərkibindəki sink və faydalı yağ turşularının saç tellərini möhkəmləndirdiyini təsdiqləyir. Daimi qəbul saçın daha qalın, sağlam və davamlı görünməsinə kömək edir.

Deninin saç rutinində izləyicilərin ən çox maraqlandığı məqamlardan biri duş vərdişləri olub. O, saçlarını yumaqdan əvvəl mütləq quru şəkildə daradığını deyir. Bu üsul saç tellərinin suya məruz qalarkən daha az zədələnməsinə yardım edir. Duşdan sonra daraqda toplanan saçın azaldığı da bunun təsirli olduğunu göstərir.

Onun tətbiq etdiyi başqa bir vacib qayda isə şampun istifadəsi ilə bağlıdır. Deni şampunu yalnız saç diblərinə çəkir, saç uclarına isə şampun suyun təbii axışı ilə çatır. Bu texnika saç uclarının qurumasının, matlaşmasının qarşısını alır və saçların daha parlaq görünməsinə şərait yaradır.

Deni-nin diqqət çəkdiyi digər detallar isə saç kremi ilə bağlıdır. O, saç tam islaq olanda kremin təsirinin azaldığını görüb. Buna görə də əvvəlcə saçdakı artıq suyu sıxır, sonra krem tətbiq edir. Bu üsulun saç uclarının məhsulu daha yaxşı hopdurmasına və qidalanmasına kömək etdiyini bildirir.

Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Dekabr 2025 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri