“Barselona” müdafiəçi transferi ilə bağlı qərar verməyə tələsmir
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın “Barselona” komandasının baş məşqçisi Hansi Flik yanvar transfer pəncərəsi, zədəlilər və komandanın hazırkı durumu ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, alman mütəxəssis mümkün müdafiəçi transferi barədə danışarkən məsələyə tələsmədiklərini bildirib.
“Yanvarda müdafiəçi? Baxacağıq. Deko (idman direktoru) ilə danışacağam, bəlkə sabah, amma bu gün yox. Mənim üçün hazırda ən vacib məqam Andreas Kristensenin yaxşı formada geri qayıtmasıdır”, - deyə Flik vurğulayıb.
Flik zədə alan digər futbolçulara da toxunub:
“Kristensen dünən zədələndi, ona tezliklə sağalma arzulayırıq. Həmçinin Qavi, Olmo, Pedri və əlbəttə ki, Arauxo üçün də eyni arzular keçərlidir. Hazırda onlar burada deyillər, amma düşünürəm ki, gələn il komandada olacaqlar”.
Baş məşqçi komandanın ardıcıl qələbələrinə də münasibət bildirib:
“Səkkiz ardıcıl qələbə möhtəşəmdir. Futbolçuların keyfiyyətini, mentalitetini və davranışını bilirəm və bu, doğrudan da təsiredicidir. Mən bunu hər gün məşqlərdə görürəm. Mənim üçün ən vacib olan məşqlərdir. Məşqlərdə yaxşı işləyəndə, bu oyunda da özünü göstərir. Bütün futbolçularımız meydanda olanda isə inanılmaz keyfiyyətə sahib oluruq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 21 Dekabr 2025 23:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















