Barselona dan Neymar transferi ilə bağlı açıqlama
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
"Barselona"nın idman direktoru Deko braziliyalı ulduz Neymarın kluba qayıtmaq istədiyi barədə xəbərlərə reaksiya verib.
Metbuat.az xəbər verir ki, Deko Neymarın istedadına və karyerasına hörmət etdiyini bildirib. Onun sözlərinə görə, Neymarın “Barselona”ya qayıtması hələlik mümkün olmayacaq. Deko, “Neymar buradan keçdi, o, vacib oyunçu idi. O, böyük uğur qazandı. Amma bəzən bu hekayələr təkrarlanmır. Ola bilər ki, bir gün, amma indi "Barselona"nın Neymar haqqında düşünməsinin vaxtı deyil” - deyə bildirib.
Qeyd edək ki, “Santos” klubunda çıxış edən Neymarın “Barselona”ya qayıtmaq istədiyi barədə xəbərlər dərc edilib. İddia edilib ki, "Barselona" braziliyalı ulduzun mövsümün ikinci yarısında azı 15 qol vuraraq özünü sübut edəcəyi təqdirdə onun transferini nəzərdən keçirəcək.
Baxış sayı:112
Bu xəbər 06 Mart 2025 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















