Barselona nın futbolçusu Türkiyə 1 ci Liqasında çıxış edəcək
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Türkiyə 1-ci Liqasının iddialı klublarından "Vanspor" transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, klub bu dəfə İspaniyanın nəhəngi “Barselona”nın ikinci komandasında çıxış edən İvan Sedriki heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 21 yaşlı hücumameylli futbolçu icarə əsasında mövsüm sonuna qədər "Vanspor"un formasını geyinəcək. Transferin detalları rəsmi olaraq açıqlanmasa da, gənc futbolçunun oynamaq təcrübəsi qazanması üçün belə bir addım atıldığı bildirilir.
Qeyd edək ki, İvan Sedrik “Barselona B”nin heyətində sürətli və texniki oyun tərzi ilə seçilib və gələcək vəd edən istedad kimi tanınır. "Vanspor" rəhbərliyi futbolçunun komandaya hücum gücü qatacağına inanır.
Kamil Xudiyev
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 02 Avqust 2025 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















