Barselona futbolçusu Türkiyə klubunda çıxış edə bilər
Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
İspaniyanın "Barselona" klubunun futbolçusu Ansu Fati karyerasını Türkiyədə davam etdirə bilər.
Sfera.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
"Beşiktaş" və "Fənərbağça" 22 yaşlı vingerlə maraqlanır. Hətta "ağ-qaralar"ın bu transferdə israrlı olduğu bildirilib.
Qeyd edək ki, Türkiyədə qış transfer dönəmi fevralın 11-də başa çatacaq. İspaniyalı oyunçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

“Barselona”nın futbolçusu Bundesliqada çıxış edə bilər KONKRET
18 Fevral 2025 21:18
PSJnin futbolçusu İngiltərə klubunda çıxış edə bilər
21 Noyabr 2024 22:36
PSJnin futbolçusu İngiltərə klubunda çıxış edə bilər KONKRET
22 Noyabr 2024 08:51
Türkiyə millisinin futbolçusu Barselona nın hədəfində
23 Fevral 2025 21:00

