Barselona nın prezidenti: Onların hamısı hansısa şəkildə Real ilə əlaqəlidirlər
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Barselona"nın prezidenti Joan Laporta "Real" televiziyasını "Kral klubu"na qarşı hakim səhvlərini təhlil edən videolar hazırladığına görə tənqid edib. Sport24.az xəbər verir ki, o, bu barədə jurnalist Gerard Romeroya açıqlama verib:
"Real" televiziyasının nə etdiyinə baxın. Hər həftə hakimlərə təsir göstərməyə çalışırlar. Bu, rüsvayçılıqdır.
Hakimlər Komitəsinin texniki departamentinin rəhbərlərinə baxın. Onların hamısı hansısa şəkildə "Real" ilə əlaqəlidirlər. Ya idman direktorları olublar, ya da futbolçu".
Qeyd edək ki, bir müddət əvvəl "Real" prezidenti Florentino Peres "Barselona"nı tənqid etmişdi. Kataloniya təmsilçisi Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyraya rüşvət verməkdə etməkdə ittiham olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 29 Noyabr 2025 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















