Icma.az
close
up
RU
“Real”ın kapitanı “Barselona” ilə oyundan sonra: “Bu qələbə onların da qələbəsidir”

“Real”ın kapitanı “Barselona” ilə oyundan sonra: “Bu qələbə onların da qələbəsidir”

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Madrid “Real”ının kapitanı və müdafiəçisi Dani Karvaxal İspaniya La Liqasının 10-cu turunda “Barselona” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra təəssüratlarını bölüşüb.

İdman.Biz xəbər verir ki, o, "Barselona"nı öz meydanlarında məğlub etməyin heyrətamiz olduğunu vurğulayıb:

“Bu, layiqli qələbə idi və hesab bizim üstünlüyümüzü tam əks etdirmir. Bu, birbaşa rəqibimizə qarşı həlledici oyun idi. Meydandan əla əhval-ruhiyyə və üç xalla ayrılırıq.

Top bizdə olmayanda da çox yaxşı oynadıq - nə vaxt pressinq etmək, nə vaxt müdafiə xəttini saxlamaq lazım olduğunu bilirdik. Rəqibə demək olar ki, heç bir real qol imkanı vermədik.

"Real"ın kapitanı kimi evdə "Barselona"nı məğlub etmək heyrətamiz hissdir. Amma biz realistik yanaşırıq - bu, sadəcə üç xaldır. Ümid edirəm ki, mövsümün sonunda bu qələbə həlledici olacaq, amma biz eyni şəkildə davam etməliyik".

Karvaxal qazanılan qələbədə azarkeşlərin də payının az olmadığını vurğulayıb: "Azarkeşlər möhtəşəm idilər. Bütün oyun boyu, xüsusən də çətin anlarda bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Komanda avtobusa mindiyi andan hər şey mükəmməl idi. Bu qələbə onların da qələbəsidir. Stadiondakı atmosfer inanılmaz idi”.

Qeyd edək ki, “Real” bu qələbə ilə La Liqada liderliyini qoruyub saxlayıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 27 Oktyabr 2025 04:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri