Barselona nın qapıları Messinin üzünə açıqdır
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Barselona"da keçirilən prezident seçkilərində qalib gələn Joan Laporta qələbəsindən dərhal sonra klubun əfsanəsi Lionel Messi barədə mühüm açıqlamalar verib.
QOL.az xəbər verir ki, Laporta TV3 kanalına müsahibəsində argentinalı ulduzun geri dönməsi üçün qapıların hər zaman açıq olduğunu vurğulayıb:
"Leo istədiyi formada "Barselona" ilə əməkdaşlıq edəcək. "Barselona"nın qapıları istədiyi zaman onun üzünə həmişə açıqdır. Qoy "Barselona" futbol klubunun güclənməsinə töhfə verməyə davam etsin".
Xatırladaq ki, Lionel Messi 2021-ci ildə maliyyə problemləri səbəbindən klubdan ayrılmaq məcburiyyətində qalmışdı. Hazırda ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən 38 yaşlı futbolçunun MLS təmsilçisi ilə müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 16 Mart 2026 18:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















