Klubun qapıları ömrünün sonunadək onun üzünə açıqdır Xosep Qvardiola
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola cari mövsümün sonunda "şəhərlilər"i tərk edəcəyi dəqiqləşən belçikalı yarımmüdafiəçi Kevin De Bröynedən danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"Onun ötürmələrini, qollarını, hücumlar zamanı meydanı görmək bacarığını başqasında tapmaq çox çətin məsələdir. Hamı parlaq işlər görə bilər, amma bunu uzun illər davamlı şəkildə etmək başqa şeydir. Kevinin unikallığı bundadır. Onun son 10 ildə ortaya qoyduğu futbol möhtəşəmdir. Bizim qazandığımız çoxsaylı mükafatların hər birində De Bröynenin əməyi var. Kevin "Mançester Siti"nin bir parçasıdır. Klubun qapıları ömrünün sonunadək onun üzünə açıqdır. Burada hansı işi görmək istəməsindən asılı olmayaraq... Hə, De Bröyne "Man Siti" ailəsinin üzvüdür".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 04 Aprel 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















