Barselona nın sabiq prezidenti fırıldaqçılıqda ittiham olunur
Icma.az, News24 portalına istinadən məlumat yayır.
İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Josep Bartomeunu transferlər zamanı milyonlarla avro komissiya ödənişlərinə görə təqsirləndirilən şəxs qismində məhkəməyə ifadə verməyə çağrılıb.
News24.az xəbər verir ki, istintaq klubun hazırkı prezidenti Joan Laportanın bəyanatından sonra başlanıb.
Laporta öz sələfini transferlər üzrə çoxmilyonluq komissiya ödənişlərində və bir sıra ehtimal olunan qanunsuz əməliyyatlarda ittiham edib. Klubun vurulan zərəri 30 milyon avro məbləğində qiymətləndirilir.
Mübahisəli transferlər arasında 2018-ci ilin yayında “Bordo”dan alınan və sonradan “Zenit”ə satılan Malcomun keçidi də yer alır. Bu transfer üzrə müqaviləyə əsasən 10 milyon avro komissiya ödənilib.
Həmçinin Laporta, Antuan Qrizmannın transferi ilə bağlı “Atletiko”ya qanunsuz olaraq 15 milyon avro ödəniş həyata keçirildiyini qeyd edib. Onun fikrincə, bu məbləğ “matrasçılar”ın məhkəməyə fransız futbolçunun “Atletiko” ilə qüvvədə olan müqaviləsi dövründə aparılan danışıqlara dair sübut təqdim etməməsi üçün ödənilib.(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 Sentyabr 2025 09:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















