Kinostudiya rəhbərliyi fırıldaqçılıqda ittiham olunur
Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ kino sənayesinin ən böyük şirkətlərindən olan və Hollivudun məşhur kino studiyalarından biri sayılan "Warner Bros. Discovery" investorlar tərəfindən məhkəməyə verilib. Yerli investorlar kinostudiya rəhbərliyini fırıldaqçılıqda, gəlirli müqavilədən yayınmaqda ittiham edirlər.
Reyting.az xarici KİV-ə istinadla bildirir ki, investorların "Warner Bros. Discovery"-i məhkəməyə verməsinin səbəbi media konqlomeratının yanlış məlumatı, ABŞ-nın Milli Basketbol Assosiasiyasının oyunlarına yayım hüquqlarını itirməsinin mümkün nəticələri haqqında studiyanın bilərəkdən yalan məlumatlar paylaşmasıdır.
Nyu-York şəhəri federal məhkəməsində qaldırılan kollektiv iddiada qeyd olunur ki, bu studiyanın törətdiyi qanunsuz əməllər nəticəsində onun müntəzəm davam edən mövsüm, həmçinin mövsümdən sonra müəyyən bir dövrdə hüquqlarını itirməsi ilə bağlı yalan məlumatları, böyük "TNT" şəbəkəsinə və investorlara çox ağır zərbə vurmaqla, zərərçəkmişlərin ümumi biznesinə mənfi təsir edib.
Xatırladaq ki, Milli Basketbol Assosiasiyası avqust ayında bu məşhur studiyanın hüquqlar paketini satmaq təklifini növbəti dəfə də rəsmən rədd etdikdən bir ay sonra daha bir qalmaqal baş verdi.
Qeyd edək ki, Amerika nəhəngi "Amazon" şirkəti də zərərçəkmiş şirkətlər arasındadır. "Warner Bros." kinostudiyası ilə Milli Basketbol Assosiasiyası arasında müqavilənin yeniləməməsinin mənfi təsirini birbaşa üzərində hiss edən və sarsılan "Amazon" şirkətinin televiziya şəbəkəsi aktivlərinin dəyərsizləşməsi səbəbindən 9,1 milyard dollar zərər görüb.
"Warner Bros. Discovery" şirkəti səhmləri elan edən gün işdən sonrakı müəyyən bir zaman ərzində həmin ticarət sahəsindəki investorların səhmləri təxminən 9 faizə qədər ucuzlaşıb.
Oqtay QORÇU
Bu mövzuda digər xəbərlər:“Kinostudiya yiyəsiz qəbirstanlığa bənzəyir”
15 May 2025 21:44
Kinostudiya filmin hüquqlarını özünə qaytarıb
15 Avqust 2025 14:42
“Azərbaycanfilm” “Kinostudiya sakinləri”ni ekranlaşdırır
22 Sentyabr 2025 12:08
Özümə ev yox, kinostudiya tikirəm Video
21 Mart 2025 09:51
Azərbaycanfilm: Kinostudiya gündəlik fəaliyyətini davam etdirir
27 İyun 2025 16:58
Baxış sayı:80
Bu xəbər 02 Dekabr 2024 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















