Barselona PSJ ni UEFA ya şikayət edəcək
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Barselona" klubu oyun ərəfəsində PSJ azarkeşlərinin nümayiş etdirdiyi xoreoqrafiyaya görə Fransa təmsilçisindən UEFA-ya şikayət etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, dünya futbolunun iki nəhəng klubunun üz-üzə gəldiyi görüşdən əvvəl PSJ tərəfdarları "Texas zəncirli mişar qırğını" filminə istinad edən və üzərində "Paris üsulu qırğın" yazılmış plakatla diqqətçəkən xoreoqrafiya hazırlayıblar.
Nümayiş olunan xoreoqrafiyada PSJ forması geyinmiş bir azarkeşin mişarla "Barselona"nın loqosunu kəsməsi təsvir olunub.
Qeyd olunur ki, "Barselona" rəhbərliyi məhz bu nümayişə görə Paris klubundan UEFA-ya rəsmi şikayət ünvanlayacaq.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində baş tutan qarşılaşmada PSJ öz meydanında "Barselona"ya 4:2 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Oktyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















