Barselona dan UEFA ya şikayət hakimliklə bağlı
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Barselona" UEFA-ya "Atletiko" ilə UEFA Çempionlar Liqası 1/4 final qarşılaşmalarındakı hakimliklə bağlı rəsmi şikayət ünvanlayıb.
Sportal.az xəbər verir ki, klubun bəyanatında bildirilir ki, iki oyun ərzində bir neçə hakim qərarı futbol qaydalarına uyğun olmayıb. “Barselona” hesab edir ki, bu qərarlar qaydaların düzgün tətbiq edilməməsi və vacib epizodlarda VAR sisteminin yetərincə müdaxilə etməməsi nəticəsində baş verib.
Kataloniya təmsilçisinin fikrincə, bu səhvlərin yığılması matçların gedişinə və qarşıdurmanın yekun nəticəsinə birbaşa təsir göstərib, nəticədə klub həm idman, həm də maliyyə baxımından ciddi itkilərlə üzləşib.
Bəyanatda həmçinin qeyd olunur ki, klub daha əvvəl UEFA-ya etdiyi müraciətləri təkrarlayır və gələcəkdə hakimlik sisteminin daha ədalətli, şəffaf və dəqiq olması üçün qurumla əməkdaşlığa hazırdır.
Qeyd edək ki, ilk oyundan sonra edilən əvvəlki şikayət UEFA tərəfindən “qəbulolunmaz” sayılaraq rədd edilmişdi.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 16 Aprel 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















