Barselona rəhbərliyindən etiraf: Yamal “Real” haqqında dedikləri ilə həddi aşıb
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Barselona” rəhbərliyi gənc hücumçu Lamin Yamalın “Real Madrid” barədə səsləndirdiyi fikirləri uğursuz və həddi aşan açıqlama kimi qiymətləndirib.
İdman.Biz "Marca"ya istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun sözləri “El-Klasiko” öncəsi böyük rezonans doğurub.
Mənbənin məlumatına görə, klub rəhbərliyi Yamalın bu açıqlamaları ilə oyun ətrafında gərginliyi artırdığını və diqqəti futbolun özündən yayındırdığını düşünür. Bununla belə, “Barselona” onun istedadını yüksək qiymətləndirir, lakin gənc oyunçunun mediada çıxışlarını və ictimai bəyanatlarını məhdudlaşdırmağı planlaşdırır.
Qeyd edək ki, Yamal “Real”ı “Kings League”də çıxış edən “Porsinos” komandası ilə müqayisə edərək bildirmişdi ki, "kral klubu" daim fırıldaq edir və şikayətlənirlər.
Xatırladaq ki, “Real” – “Barselona” oyunu bu gün Bakı vaxtı ilə saat 19:15-də “Santyaqo Bernabeu” stadionunda start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 26 Oktyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















