Icma.az
close
up
RU
Barselona rekordunu yenilədi, Rafinya qola görə üzr istədi

Barselona rekordunu yenilədi, Rafinya qola görə üzr istədi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Çempionlar Liqasının 1/4 finalının ilk oyunlarına yekun vuruldu.
''Football-plus.az'' xəbər verir ki, ikinci oyun günündə favoritlər qələbə qazandı. PSJ ''Aston Villa''nı 3:1 məğlub edərək cavab oyunu ərəfəsində 2 topluq üstünlük yaxaladı. ''Barselona'' isə Dortmund ''Borussiya''sını 4:0 darmadağın etməklə faktiki olaraq cavab matçını formallığa çevrildi.
Rafinya ilə Yamalın hərəyə bir, Levandovskinin isə iki qol vurduğu oyunda bir sıra maraqlı göstəricilər qeydə alındı. Öncə qeyd edək ki, ''Barsa'' 2025-ci ildə keçirdiyi 23-cü rəsmi oyunda da uduzmamaqla (19 qələbə, 4 heç-heçə) şəxsi rekordunu yenilədi. Əvvəlki rekord 2016-da qeydə alınmışdı. Həmin vaxt komanda ilin ilk 22 rəsmi oyununda uduzmamışdı (19 qələbə, 3 heç-heçə). Əla mövsüm keçirən Rafinya 4 qoldan 3-də yaxından iştirak edərək matçı 1 qol, 2 məhsuldar ötürmə ilə tamamladı. ''Sambaçı'' bu mövsüm ÇL-də artıq 19 qolda yaxından iştirak edərək (12 qol, 7 məhsuldar ötürmə) Lionel Messinin rekordunu indidən təkrarlamağa müvəffəq olub.
Messi ''Barselona'' karyerasında ÇL-də rəqəmlər baxımından ən uğurlu mövsümündə (2011/12) məhz 19 qolun vurulmasında iştirak edib (14 qol, 5 məhsuldar ötürmə). Levandovski də ÇL-də 10 qol həddinə çatmaqla unikal göstəriciyə nail oldu. O, bu turnirdə üç fərqli klubun heyətində bir mövsümdə 10 qol vuran ilk futbolçu kimi tarixə düşdü! Rafinyanın hesabı açdığı epizod müəyyən söz-söhbətlərə səbəb oldu. Belə ki, qolu əslində gənc mərkəz müdafiəçisi Kubarsi vurmalı idi. Amma Kubarsinin zərbəsindən sonra top boş qapıya yönələrkən Rafinya son anda sürüşərək topa toxundu. Braziliyalı futbolçu ofsayda düşməyə çox yaxın idi. Amma VAR incələməsindən sonra qol qeydə alındı.
Maraqlıdı ki, Rafinya oyundan sonra bu epizoda görə Kubarsidən üzr istədiyini etiraf etdi. Kubarsiyə qol yox, məhsuldar ötürmə yazıldı. Amma bu göstəricidə də, o, tarixə düşdü. İstedadlı müdafiəçi 18 yaş 77 günlüyündə ÇL tarixində məhsuldar ötürmə verən ən gənc futbolçu oldu! Əvvəlki rekord Vensan Kompaniyə məxsus idi.
Hazırda ''Bavariya''nı çalışdıran Kompani 2004-cü ilin oktyabrında ''Anderlext''in heyətində ''Verder''lə oyunda 18 yaş 193 günlüyündə assist eləmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 Aprel 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri