Rafinya “Barselona”da Messinin rekordunu yeniləyib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 17 sentyabr, AZƏRTAC
Braziliyalı hücumçu Rafinya “Barselona”nın heyətində mövsümün ilk yeddi oyununda 11 qol vuraraq Lionel Messinin rekordunu yeniləyib.
AZƏRTAC xəbər verir ki, bu göstərici Kataloniya təmsilçisinin İspaniya çempionatının VI turunda doğma meydanda “Rasinq Santander”i 7:2 hesabı ilə darmadağın etdiyi oyuna təsadüf edib. Qarşılaşmada Rafinya het-trik edib.
Bununla Rafinya yeni mövsümdə bütün turnirlər nəzərə alınmaqla keçirdiyi ilk yeddi matçda 11-ci qolunu vurub. O, bu göstərici ilə Lionel Messinin 2012/2013-cü illər mövsümündəki nəticəsini geridə qoyub. Argentinalı futbolçu həmin mövsümün ilk yeddi oyununda 10 dəfə fərqlənmişdi.
Qeyd edək ki, Rafinyanın hesabında üç məhsuldar ötürmə də var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 17 Sentyabr 2026 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















