“Barselona” ukraynalı istedadla bağlı qərar verdi
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Barselona” futbol akademiyasında çıxış edən 16 yaşlı ukraynalı Artem Rıbakın gələcəyi ilə bağlı qərar qəbul edib.
İdman.Biz “SPORT” nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu gənc futbolçunu hələlik daha yüksək yaş qruplarına keçirmək niyyətində deyil.
Klub rəhbərliyi Rıbakın mövsümü əsasən Sesk Boşun rəhbərlik etdiyi “Juvenil B” komandasında keçirməsini və müntəzəm oyun təcrübəsi qazanmasını məqsədəuyğun hesab edir.
Ukraynada müharibə başlayandan sonra ailəsi ilə birlikdə İspaniyaya köçən Rıbak əvvəllər Donetsk “Şaxtyor”unun akademiyasında futbolla məşğul olub. Hazırda o, “La Masiya”da beşinci mövsümünü keçirir.
İstedadlı futbolçu ötən mövsüm əsasən 16 yaşadək komandada çıxış etsə də, “Juvenil B”nin heyətində səkkiz oyun keçirib. Mövsümöncəsi hazırlıq zamanı isə “Juvenil A” komandasında müsbət təsir bağışlayıb.
Bununla belə, akademiyanın rəhbərləri Xose Ramon Aleksanko, Andres Mansano və Serxi Mila onun inkişafı üçün ən düzgün yolun “Juvenil B”də sabit oyun təcrübəsi qazanmaq olduğunu düşünürlər. Heyətdə zədələr və ya digər dəyişikliklər baş verərsə, Rıbakın “Juvenil A”ya yüksəlməsi istisna edilmir.
“Barselona” ukraynalı futbolçunun mövqeyini də müəyyənləşdirib. Məşqçilər korpusu onu əsasən mərkəz yarımmüdafiəçisi kimi inkişaf etdirmək istəyir.
Solaxay futbolçu əvvəllər “yalançı doqquzluq”, sağ cinah hücumçusu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayıb. Lakin klub onun meydanı görmək, driblinq və hücumları əlaqələndirmək bacarıqlarından yarımmüdafiədə daha səmərəli istifadə oluna biləcəyini düşünür.
Qeyd edək ki, Rıbak 2027-ci ilin aprelində 17 yaşını tamamlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 17 Oktyabr 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















