Barselonada etirazlar iğtişaşlara çevrilib
Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Barselonada keçirilən nümayişlər iğtişaşlara və hüquq-mühafizə orqanları ilə toqquşmalara çevrilib. Etirazçılar küçələri dağıdır, zibil qutularını yandırırlar.
Bu barədə İspaniyanın "El Mundo" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, gənclər zibil konteynerlərindən və motosikletlərdən barrikadalar quraraq onlara od vurublar. Əraziyə gələn polis əməkdaşları izdihamı dağıtmağa cəhd göstərsələr də, etirazçılar onları daşqalaq ediblər. Qeyd olunur ki, şəhərdə artan gərginlik səbəbindən yerli mağazalar fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Qəzet iğtişaş iştirakçılarının əksəriyyətinin gənclər və yeniyetmələr olduğunu bildirib. Onlar şənbə günü səbəbi bəlli olmayan icazəsiz mitinqə toplaşıblar.
Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları izdihamı dağıtmağa müvəffəq olsalar da, etirazçıların kiçik qrupları Barselonanın mərkəzinə səpələnərək dağıntılar törətməkdə davam ediblər.
///azərtac///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Oktyabr 2026 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















