İtaliyada da etirazlar iğtişaşlara çevrilib 200 dək insan saxlanılıb
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransadan sonra İtaliyada da bahalaşmaya, yanacaq qiymətlərinə və vergilərə qarşı başlayan etirazlar iğtişaşlara çevrilib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, Milanda qara geyimli gənclər hüquq-mühafizə orqanlarının əməkdaşlarına əldəqayırma yandırıcı qurğular, metal hasarlar və butulkalar atıblar.
Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, lakin geri çəkilməyə məcbur olublar, bundan sonra etirazçılar əsas meydanı tutublar.
"Sky TG24" telekanalının məlumatına görə, Berqamo, Bolonya, Milan və Turində toqquşmalar zamanı 197 nəfər saxlanılıb, onların arasında yetkinlik yaşına çatmayan 12 şəxs və altı əcnəbi də var. Məlumata əsasən, 141 polis əməkdaşı yaralanıb.
Baş nazir Corcia Meloni iğtişaşları pisləyərək qeyd edib ki, nümayişlər keçirmək hüquqdur, lakin şəhərləri yandırmaq yox.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 18 Oktyabr 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















