Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? ARAŞDIRMA FOTO
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
İspaniyanın Barselona şəhərində 1903-cü ildə əsası qoyulmağa başlanan Meridiana prospekti bu gün özünün ən böyük inkişaf dövrünü yaşayır.
Avtosfer.az xəbər verir ki, 1960-1980-ci illərdə magistral halını alan bu yol yalnız bir istiqamətdən və 12 zolaqdan ibarət idi. Avtomobilləşmənin sürətləndiyi bir vaxtda Barselona kimi müəssisələr şəhərində belə bir hal normal idi. Lakin dövr keçdikcə avtomobilləşmədən imtina edən Avropa əhalisi kimi Barselonalılar da mobilləşmədə xeyli yol qət etdi. Şəhərin küçələrində 90-cı illərin əvvəllərindən velosipedə üstünlük verilməsi sonrakı dövrdə zolaqların salınmasına gətirib çıxardı.
1960-1980-ci illərdə 12 zolaqlı Meridiana prospekti ətraf məhəllələr arasında fiziki maneə yaradan, səs-küy və çirklilik mənbəyi olan bir "şəhər magistralı" idi. Lakin 2018-ci ildə bu prospektlə bağlı yeni bir layihəyə başlanıldı. Bir istiqamədən və 12 zolaqdan ibarət olan Meridianın ortası ilə insanların istirahət etməsi üçün parklar salındı, yaşıllıq zolaqları artırıldı, avtomobil zolaqları azaldılaraq yerinə geniş piyada səkiləri və ayrılmış velosiped yolları salındı. Görülən işlərin sonunda Meridiana prospekti insanların istirahət bazasına çevrildi, avtomobil sayı təxminən 17 minədək azaldı. Hazırda bu prospektlə bağlı layihənin son mərhələsinə başlanılıb. Məqsəd isə Meridiananı tamamilə yaşıl zonaya çevirməkdir.
Mütəxəssislər Bakıda da belə layihələrin keçirilməsinin mümkünlüyünü qeyd edir. Belə ki, şəhərin Atatürk və Bülbül prospektlərində, Cəfər Cabbarlı küçəsində bənzər infrastrukturun yaradılması üçün uyğun şərait mövcuddur.
Qeyd edək ki, Barselona hazırda ən simmetrik və insanyönümlü şəhərlər siyahısında yer alır və burada həyata keçirilən layihələri bir sıra ölkələrdə tətbiq etməyə başlayıblar.
Səfər
Oxunub 86
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 08 Yanvar 2026 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















