“Barselona”nın ən gənc kapitanı oldu Tarixə düşdü
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Barselona”nın vingeri Lamin Yamal Çempionlar Liqasında “Feyenoord”a qarşı keçirilən oyunda ilk dəfə kapitan sarğısını taxıb.
Yeniavaz.com xəbər verir ki, oyun “Barselona”nın 5-1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, 19 yaşlı Yamal “Barselona”nın tarixində kapitan sarğısını taxan ən gənc oyunçu olub.
Əvvəlki rekord bu şərəfə 20 yaşında layiq görülən Boyan Krkiçə məxsus olub.
O, kapitan sarğısını Rafinyadan təhvil alıb. Artıq Yamal bu mövsüm “Barselona”nın beş kapitanından biridir. Rafinya əsas kapitandır, ardınca Pedri, Erik Qarsiya, Frenki de Yonq və Yamal gəlir. Kapitanlardan ilk ikisini baş məşqçi Hansi Flik, digər üçünü isə komanda seçib.
Qeyd edək ki, Yamal 2023-cü ildən bəri “Barselona”da oynayır. O, artıq milli komanda ilə Avropa və Dünya Kuboku titullarını qazanıb. Bu mövsüm Yamal beş oyunda iştirak edib, beş qol vurub və iki məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:İspaniya Superkuboku: Barselona nın qələbəsi tarixə düşüb
12 Yanvar 2026 09:26
İnter Barselona matçı tarixə düşdü
09 May 2025 16:16
“Bavariya”nın hücumçusu tarixə düşdü
16 İyun 2025 15:49
“Bavariya“nın futbolçusu tarixə düşdü
08 Aprel 2026 12:07
Derbidə “Barselona” şousu: Yamal tarixə düşdü
11 Aprel 2026 23:37
Baxış sayı:112
Bu xəbər 10 Sentyabr 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















