Icma.az
close
up
RU
Baş ağrınız sizə nə demək istəyir? Bilməli olduğunuz 7 baş ağrısı növü

Baş ağrınız sizə nə demək istəyir? Bilməli olduğunuz 7 baş ağrısı növü

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Baş ağrısı dünya əhalisinin yarısından çoxunu təsir edən geniş yayılmış bir narahatlıqdır. Lakin əksər hallarda bu ağrıların arxasında yatan səbəbləri və bədənimizin bizə nə demək istədiyini nəzərə almırıq. 

Qaynarinfo xəbər verir ki, "King's College London" universitetindən nevrologiya professoru Piter Qoadsbi bildirir: "Baş ağrılarının böyük əksəriyyəti ilkin baş ağrılarıdır. Yəni virus mənşəli meningit və ya kəllə-beyin travması kimi xarici səbəblərlə bağlı deyillər. Bu cür baş ağrıları genetik meyllə əlaqəlidir və həyatda baş verən hadisələr onları daha da gücləndirə bilər".

Aşağıda ən geniş yayılmış baş ağrısı növləri, onların səbəbləri, müalicə üsulları və qarşısının alınması yolları təqdim olunur:

1. Miqren

Əlamətləri: Adətən başın bir tərəfində hiss olunan güclü və zonklayıcı ağrı ilə xarakterizə olunur. Dörd saatdan 72 saata qədər davam edə bilər. Bulanıq görmə, ürəkbulanma, işıq və səsə qarşı həssaslıqla müşayiət oluna bilər.

Tətikləyicilər: Professor Qoadsbiyə görə miqrenin ən yayılmış tətikləyiciləri gündəlik rejimdəki dəyişikliklərdir. Buraya qeyri-müntəzəm yuxu, yemək atlama, artıq idman, stres, alkoqol istifadəsi və hava dəyişikliyi daxildir.

Müalicəsi: Nevropatoloq doktor Ben Törner qeyd edir ki, miqren çox asanlıqla müalicə oluna bilən bir vəziyyətdir. Əvvəllər əsasən triptanlar istifadə olunsa da, artıq "gepant" adlı daha effektiv və az yan təsirli yeni dərmanlar mövcuddur.

2. Klaster baş ağrısı

Əlamətləri: Başın bir tərəfində yaranan dözülməz dərəcədə şiddətli ağrılarla müşayiət olunur. Adətən bir-iki saat davam edir və xəstələri yuxudan oyada bilir. Bu ağrılar doğuş və ya güllə yarasından daha şiddətli hesab olunur. Ağrı zamanı xəstələr narahat və hərəkət etməyə meyilli olurlar.

Tətikləyicilər: Dəqiq səbəbi məlum olmasa da, beynin yuxu-güc oyanıqlığını tənzimləyən suprakiazmatik nüvəsini təsir edir. Ona görə də bu ağrılar adətən günün və ya ilin eyni vaxtlarında baş verir.

Müalicəsi: Bəzən diş ağrısı və ya allergiya ilə səhv salına bilər. Ağrını azaltmaq üçün oksigen terapiyası, "sumatriptan" inyeksiyaları və ya burun spreyləri kimi xüsusi müalicələr tələb olunur.

3. Gərginlik tipli baş ağrısı

Əlamətləri: Yüngül və ya orta dərəcədə davamlı ağrıdır. Başın ətrafına sıx sarılmış bir bant kimi təzyiq hissi yaradır. Miqrendən fərqli olaraq, ürəkbulanma və ya işığa həssaslıq yoxdur.

Tətikləyicilər: Əksər hallarda pis duruş, boyun əzələlərində sərtlik, göz yorğunluğu, susuzluq, yuxusuzluq, emosional stres və ya həddindən artıq kofein istifadəsi ilə bağlıdır.

Müalicəsi: Adətən aspirin və ya parasetamol kimi reseptsiz dərmanlarla yüngülləşdirilə bilər. Açıq havada gəzmək, yumşaq dartınma hərəkətləri, masaj və isti kompres faydalıdır.

4. Sinus baş ağrısı

Əlamətləri: Sinüzitin (sinus iltihabı) əlamətidir. Sinusların daxili səthi şişdikdə gözlərin arxasında, yanaqlarda, alında və burun körpüsündə küt ağrılara səbəb olur.

Tətikləyicilər: Doktor Teylor qeyd edir ki, burun tutulması və axıntısı olmadıqda, bu cür ağrılar əksər hallarda yanlış diaqnoz qoyulmuş miqrendir.

Müalicəsi: Adətən 7-10 gün ərzində özü keçib gedir. Ağrı kəsicilər ağrının idarə olunmasına kömək edə bilər.

5. Susuzluqla bağlı baş ağrısı

Əlamətləri: Orqanizmin kifayət qədər su qəbul etməməsi nəticəsində yaranır. Beyindəki hipotalamus bu zaman artıq həssaslaşır və bu, miqrenə meyilli insanlarda miqreni tetikleyə bilər.

Müalicəsi: Gündə 2-2,5 litr su içmək bu cür baş ağrılarının qarşısını almaq üçün vacibdir.

6. Kofein kəsilməsi ilə bağlı baş ağrısı

Əlamətləri: Mütəmadi olaraq çay və ya qəhvə içən şəxslərin kofein qəbulunu qəfil azaltması ilə meydana çıxır. Beyindəki adenozin reseptorlarının bloklanması nəticəsində kofein oyadıcı təsir göstərir. Kofein istifadəsi dayandırıldıqda adenozin aktivliyinin artması baş ağrısına səbəb olur.

Müalicəsi: Reseptsiz ağrıkəsicilər kömək edə bilər, lakin həddindən artıq istifadə edilməməlidir. Tədqiqatlar göstərir ki, həftədə üç gündən çox ağrıkəsici istifadə etmək baş ağrılarını xroniki hala gətirə bilər.

7. "Buz qıracağı" baş ağrısı (Ophthalmodynia Periodica)

Əlamətləri: Gözlərin arxasında qəfil başlayan, iti və deşici ağrılardır. Bir neçə saniyə davam edir və başın digər hissələrinə yayıla bilər.

Tətikləyicilər: Dəqiq səbəbi məlum deyil. Lakin miqren və ya klaster baş ağrısından əziyyət çəkən şəxslərdə daha tez-tez rast gəlinir.

Müalicəsi: Professor Qoadsbi bildirir: "Sadəcə dayanıb ağrının keçməsini gözləmək lazımdır. Əgər ağrılar tez-tez təkrarlanır və həyat keyfiyyətini azaldacaq dərəcədə güclüdürsə, altda yatan səbəbi istisna etmək üçün həkimə müraciət edilməlidir".

Baş ağrılarını necə önləmək olar?

* Su içmək: Kifayət qədər su qəbul etmək.

* Müntəzəm yuxu və qidalanma: Davamlı yuxu və yemək rejimi saxlamaq.

* İdman: Daimi fiziki aktivlik.

* Stresin idarə olunması: Rahatlama texnikalarından istifadə.

* Sağlam qidalanma: Qan şəkərini balansda saxlamaq üçün rafinə karbohidratlardan uzaq durmaq.

* Qida əlavələri: Maqnezium və B2 vitamini (riboflavin) əlavələri qəbul etmək.

* Dincəlmək: Həftə sonları da daxil olmaqla hər gün eyni vaxtda oyanmaq və stresdən sonra istirahət etmək.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 04 Avqust 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri