Icma.az
close
up
RU
Baş ağrınızın COVID olduğuna işarə olan 5 ƏLAMƏTİ

Baş ağrınızın COVID olduğuna işarə olan 5 ƏLAMƏTİ

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Baş ağrısı demək olar ki, bütün soyuqdəymə və virus infeksiyalarının müşayiət edən əlamətdir. Lakin koronavirus zamanı yaranan baş ağrısının özünəməxsus xüsusiyyətləri var və bu, onu adi narahatlıqdan fərqləndirir. Həkimlər bildirirlər ki, bu ağrı çox vaxt daha güclü, daha uzunmüddətli olur və adi ağrıkəsicilərə zəif cavab verir.

Lent.az COVID-19 zamanı baş ağrısının 5 əsas əlamətini təqdim edir:

Bütün başı əhatə edən ağrı

Migren kimi yalnız bir nöqtədə olmur. Daha çox alın, gicgahlar və hətta ənsə nahiyəsində hiss olunan, yayılmış ikitərəfli ağrı olur.

Sıxıcı və ya nəbzvari xarakter

Pasiyentlər bu ağrını çox vaxt güclü təzyiq, başda “dəbilqə” hissi və ya güclü nəbz kimi təsvir edirlər.

Hərəkət zamanı gücəllənmə

Baş hərəkət etdikcə, xüsusilə irəli əyilərkən ağrı xeyli güclənir.

Ağrıkəsicilərə davamlılıq

Parasetamol və ya ibuprofen kimi adi dərmanlar çox vaxt kömək etmir və ya təsiri çox qısamüddətli olur, ağrı isə eyni güclə geri qayıdır.

Davametmə müddəti

COVID-19 zamanı baş ağrısı 3 gündən çox çəkə bilər, bəzən isə xəstəliyin bütün gedişatı boyu müşahidə olunur. Bəzi xəstələrdə isə bu, infeksiyanın ilk əlaməti olur.

Tabletlər kömək etmirsə nə etməli?

Ağrı dərmanlara davamlı olduğu üçün ev şəraitində bir sıra üsullar kömək edə bilər:

Bol maye qəbul edin susuzluq özü də baş ağrısı yaradır. Su, çobanyastığı, nanə, zəncəfil çayları için. Dincəlin, kifayət qədər yatın və fiziki yüklənmələrdən qaçın. Soyuq kompreslər alına, gicgaha və ya boyuna qoyulan soyuq kompres tez bir rahatlama verə bilər, xüsusilə temperatur olduqda.

Otağı tez-tez havalandırın – havasız mühitdə qalmaq ağrını artırır. Yüngül masaj boyun, çiyin və gicgah nahiyəsinin yüngül masajı əzələləri boşaldır və gərginliyi azaldır.

Nə vaxt təcili həkimə müraciət etmək lazımdır?

Əgər baş ağrısı həddindən artıq güclüdürsə, uzun çəkirsə və ya digər təhlükəli simptomlarla müşayiət olunursa, dərhal həkimlə məsləhətləşmək vacibdir. Təhlükə əlamətlərinə boynun hərəkətsizliyi, qusma, yüksək hərarət, şüurun pozulması, ətraflarda zəiflik daxildir.

COVID-in digər əlamətləri

Hazırda Avropada üstünlük təşkil edən yeni subvariantın ilk əlamətlərindən biri xırıltılı səsdir, bu isə asanlıqla adi soyuqdəymə ilə qarışdırıla bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:

yüksək hərarət və ya üşütmə;

öskürək;

qoxu və dad hissinin itməsi və ya dəyişməsi;

nəfəs darlığı;

yorğunluq və zəiflik;

əzələ ağrıları;

boğaz ağrısı;

burun tutulması və ya axması;

iştahanın itməsi, ishal.

COVID-19 gedişi çox zaman soyuqdəymə və ya qripi xatırladır, lakin bəzi insanlarda əlamətlər xeyli uzun müddət davam edir və “uzun COVID” deyilən vəziyyətə keçə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri